Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində 19 noyabr 2021-ci ildə “ Şuşa sən azadsan ” adlı sənədli filmin nümayişi oldu.

Filmdən öncə şəhərin İ.Nəsimi adına 1 nomrəli və S.Vurğun adına 2 nomrəli məktəbin 9- cu sinif şagirdləri Heydər Əliyev Mərkəzində Mərkəzin Bələdçisi tərəfindən Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış oldular.Daha sonra isə Mərkəzin akt zalında “Şuşa sən azadsan “ adlı filmi izlədilər. Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı” nın maraqlı detalları həmin filmdə əks olunmuşdur. Filmin şagirdlər tərəfindən izlənilməsinin onlarda vətənpərvərlik hissinin dahada aşılanmasında mühüm rol oynayacaqdır. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur qəhrəmanların müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır. Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin də fikirləri filmdə yer alıb. Filmdən sonra şagirdlər film haqqında təsüratlarını bizimlə bölüşdülər.