Naftalan şəhər Heydər Əliyev Mərkəzində "Hərbi Qənimətlər Parkına səyahət” adlı videoçarxın nümayişi ilə bağlı tədbir təşkil olunmuşdur.

Naftalan şəhər Heydər Əliyev Mərkəzində "Hərbi Qənimətlər Parkına səyahət” adlı videoçarxın nümayişi ilə bağlı tədbir təşkil olunmuşdur.

Naftalan şəhər 1 nömrəli tam orta məktəbin 6 b sinif şagirdləri sinif rəhbəri Zülfümar Nuriyeva ilə birgə Naftalan şəhər Heydər Əliyev Mərkəzində oldular. Mərkəzin bələdçisi Elnarə Abbasova eksponatlara əsaslanaraq, qonaqlara Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi. Daha sonra şagirdlər Mərkəzin zalında qüdrətli Azərbaycan ordusu tərəfindən 44 günlük Vətən müharibəsində əldə olunmuş qənimətlərdən yaradılmış “ Hərbi Qənimətlər Parkı” na həsr edilmiş videoçarxa tamaşa etmişlər. Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan və "Hərbi Qənimətlər Parkı"nın yaradılmasından danışıb. Daha sonra Naftalan şəhər İmaddəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbin müəllimi Zülfimar Nuriyeva çıxış edərək bildirib ki, bizim qarşımızda duran vəzifələrdən biri şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi və Vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsidir. Sonra şagirdlər Məmmədli Burhan, Əmirli Fəyyaz, Qəribzadə Nüranə, Kazımov Kamran “ Hərbi Qənimətlər Parkı” haqqında öz təsüratlarını bölüşüblər.