Vətən müharibəsinin ildönümü münasibətilə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi, Mədəniyyət Nazirliyi, “Azərxalça” və “Təmiz Şəhər” xüsusi layihəyə başlayıb.

“Qarabağ İlmələrdə” adlanan layihə çərçivəsində müxtəlif bölgələrə səyyar formada daşınacaq "Qarabağ xalçasına" hər bir vətəndaş öz ilməsini vura bilər.Vətəndaşlarımız tərəfindən ilmə-ilmə toxunacaq xalça Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının zəhmətini, birlik və bərabərliyini simvolizə edəcək. Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinin Təşəbbüsü, Naftalan şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə komanda Naftalan şəhərində oldu. Hər bir vətəndaş zəfərimizi tərənnüm edən "Çələbi" xalçasına bir ilmə ataraq bu şərəfi yaşaya bilər. Şuşada təqdim oluncaq "Çələbi" xalçasına ilmə atmaq qismətimizdə var ımiş.Zəfər xalçasına ilmə vurmaq istəyən Naftalan şəhər İcra Hakimiyyətinin Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissyasının məsul katibi Hüseynova Kəmalə,Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva ,Tarix - diyarşünaslıq Muzeyinin direktoru Eltəkin Quliyev,Naftalan Uşaq musiqi məktəbinin direktoru Almaz Əliyeva və Naftalan şəhər sakinləri yaxınlaşaraq istəklərini reallaşdırdılar. “ Qarabağ ilmələrdə “ 44 günlük Vətən müharibəsini özündə əks etdirən birlik və bərabərliyimizin rəmzi olan xalça toxunub başa çatdıqdan sonra 8 Noyabr “ Zəfər günü ” Şuşada azad olunmuş torpaqlarımızda sərgilənəcək.