“Zəfər salnaməsinin unudulmaz qəhrəmanları”adlı videokonfrans keçirildi

 “Zəfər salnaməsinin unudulmaz qəhrəmanları”adlı videokonfrans keçirildi

Anım günü Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş,Azərbaycan bayrağını ışğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 2 dekabr 2020-ci il tarixində Prezdentimiz İlham Əliyev cənabları tərəfindən imzalanmış sərancamla təhsis edilib.Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan və buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı.Vətən darda idi.Onu azad etmək, onu qorumaq vaxtı gəlib çatmışdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı deyirlər,

Hər oğul bacarmaz

Şəhid olmağı ,

Azadlıq yolunda,

Vətən yolunda.

Bu gün biz vətən uğrunda,azadlıq uğrunda şəhid olmağı bacaran minlərlə igid gördük.O igidlər ki, o oğullar ki,Qarabağlı olub Qarabağı görməmişdi, o oğullar ki,ata babaları vətəndən didərgin düşüb çadırlarda yaşamışdı,o oğullar ki,vətəni canından artıq sevməyi bacarmışdı.O minlərin içində Naftalanımızın da talehinə şəhid tabutu qarşılamaq yazıldı.Bizdə Naftalan şəhər Heydər Əliyev Mərkəzi olaraq Vətən uğrunda canından keçən oğulları, şəhidlərimizi yad etməyi özümüzə borc bilirik.Anım günü ilə bağlı Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzi 24 sentyabr 2021-ci il tarixdə “Zəfər salnaməsinin unudulmaz qəhrəmanları”adlı videokonfrans keçirdi. Konfransı giriş sözü ilə Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva açdı və çıxışında bildirdi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilib.Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Daha sonra çıxış üçün söz alan SHXÇDX – nın rəis müavini mayor Hilkmət Orucov, və könüllü II Qarabağ müharibəsi qaziləri, Naftalan şəhər İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamxal Hümbətov, Naftalan şəhər xəstəxanasının baş həkim əvəzi İlhamə Hüseynova,Naftalan Tarix- diyarşünaslıq Muzey baxıcısı Tahirə Tapdıq, Naftalan şəhər 1 saylı tam orta məktəbinin tarix müəlliməsi Kübra Məmmədova Səfərbərliklə hərbi xidmətə yollanmış 44 günlük Vətən müharibəsi iştirakçısı Naftalan şəhər sakini İsa İsayev,Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova,Gəncə Mərkəzləşdirilmiş kitabxana sisteminin 16 № -li kitabxana filialının müdür əvəzi Mirvari Cəfərova, Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqova “Anım Günü” ilə bağlı öz fikirlərini səsləndirdilər.

Qarabağ türk torpağıdır,yenə elə qalacaqdır,

Qarabağa göz dikənlər başlarından olacaqdır.

Şanlı ordum yenilməzdir,daim zəfər çalacaqdır.

Qarabağ Azərbaycandır,gerisi cəfəngiyyatdır!

Şəhidlərim, qazilərim Qarabağ artıq azaddır

Biz bu azadlığı bu uğurda canından keçmiş şəhidlərimizin axıtdığı qana borcluyuq. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, analarımıza səbir diləyirik.Hər bir Şəhidimizə üz tutub deyirik:” Qanını töküb canını verib əbədiyyətə yol aldığın Qarabağda sən indi həm də bir qurtum Şuşa Turşsuyusan, bir tutam Xarı bülbülsən, bir ovuc Laçın torpağısan, bir udum Xankəndi havasısan, Ağdam daşısan, Murov zirvəsindəki bıçaqkəsməz dumansan, Xocalı harayısan, Cəbrayıl üçün axıdılan sevinc göz yaşısan, Suqovuşan qalibiyyətisən!” Uğrunda nər canların qurban getdiyi üçrəngli bu gözəlim bayraq təkcə işğaldan qurtardığımız yüksəkliklərə sancılmır, həm də sənin ucaldığın şəhidlik zirvəsində dalğalanır.