20.09.2021-ci il tarixində "Əsrin müqaviləsi" mövzusunda onlayn konfrans keçirildi.

20.09.2021-ci il tarixində  "Əsrin müqaviləsi" mövzusunda onlayn konfrans keçirildi.

20.09.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü Naftalan, Qazax, Şəmkir, Şirvan Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi" mövzusunda onlayn konfrans keçirildi. Tədbirdə Gəncə, Samux, Şəmkir, Naftalan,Qazax, Şirvan, Neftçala, Hacıqabul, Zərdab, Qaradağ, Ağcabədi, Salyan, Yardımlı Heydər Əliyev Mərkəzlərinin direktorları və əməkdaşları iştirak etmişdir. Tədbirin fəxri qonağı Azərbaycan Texnologiya Universitetinin dissertantı, Menecment kafedrasının baş müəllimi, iqtisadçı Zeynəb Qocayeva olmuşdur. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova "Əsrin müqaviləsi" nin müstəqil Azərbaycanının iqtisadiyyatında ilk özül olmasından və tarixi əhəmiyyətindən geniş məlumat verdi. Daha sonra çıxış üçün söz alan Naftalan Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Aydın Budaqov, Şirvan Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yəhyayeva, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşı Günel Rzayeva və s. "Əsrin müqaviləsi"nin bağlanılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən ətraflı məlumat verdilər. İqtisadçı Zeynəb Qocayeva müqavilənin iqtisadi cəhətdən ölkəmizə bəxş etdiyi üstünlüklərdən, bu günkü Zəfərimizin əldə edilməsində iqtisadi gücün danılmaz faktorlarından geniş danışdı.