“Bilik öyrənməyi ar bilən hərkəs dünyada mərifət qazana bilməz” mövzusunda keçirilən inşa müsabiqəsinin nəticələri bəlli oldu

“Bilik öyrənməyi ar bilən hərkəs dünyada mərifət qazana bilməz” mövzusunda keçirilən inşa müsabiqəsinin nəticələri bəlli oldu

Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunmuş Nizami Gəncəvi ili ilə bağlı “Bilik öyrənməyi ar bilən hərkəs dünyada mərifət qazana bilməz” mövzusunda keçirilən inşa müsabiqəsində qaliblər Naftalan şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə diplomlarla təltif olundular. Tədbir pandemiya qaydalarına uyğun şəkildə keçirildi.Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva öz çıxışında bildirdi ki, şagirdlərin əldə etdikləri uğur hər birimizin uğurudur. Bu da ölkəmizin gələcəyi, onun dünya ölkələri arasında şərəfli yer tutması üçün çox vacibdir.Əziz şagirdlər qələbə sevincli yeni dərs ilində hər birinizə uğurlar arzu ediirik.