“Hədiyyə Karvanı” Naftalanda

“Hədiyyə Karvanı” Naftalanda

Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun və YAŞAT Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı” II Qarabağ müharibəsi Şəhidlərinin övladları üçün bu dəfə Naftalanda oldular.Qonaqlar Gəncə Regional Mədəniyyət idarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən eksponantlarla tanış olublar.Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Türkiyədən gələn qonaqlar ilə görüşü zamanı onlara qardaş ölkənin reallaşdırdığı bu tipli layihələrin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun Zəfər çaldığı Vətən müharibəsində Türkiyə dövlətinin hər zaman mənəvi siyasi baxımdan yanımızda olduğunu vurğulayıb.Türkiyəli qonaqlar Naftalanda olduqlarından məmnunluq hissi duyduqlarını dilə gətirərək bildiriblər ki, Azərbaycandan olan şəhid və qazi ailələrinin övladları bizlərə əmanətdir.Görüşdə şəhid və qazi ailələrinin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanılıb.Qeyd edək ki, "Hədiyyə Karvanı" aksiyası ölkəmizin 16 şəhər və rayonlarını əhatə edəcək.