Naftalanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Naftalanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Naftalanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.Yeni Azərbaycan Partiyası Naftalan şəhər Təşkilatının, şəhər Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münaibətilə “Əbədiyaşar Öndərimiz” mövzusunda video konfrans keçirildi. Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Naftalan şəhər Təşkilatının sədri Hatəm Qocayev bildirdi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi 35 illik dövrdə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Ölkədə nəhəng quruculuq işlərinin təşəbbüskarı məhz Ulu Öndər olmuşdur.Daha sonra tədbirdə çıxış edən, Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev Ulu Öndərin təməlini qoyduğu “Gənclər siyasəti”ndən, fəaliyyəti dövründə gənclərə göstərdiyi xüsusi qayğıdan və bununla bağlı imzalanmış müxtəlif Fərman və Qərarlardan söz açdı.Sonra şəhər Heydər Əliyev Mərkəzinin direktoru Ülfət Əliyev, Mərkəzin bələdçisi Elnarə Abbasova Ulu Öndərin həyat və fəaliyyəti barədə geniş məlumat verərək bildirmişlər ki, onun Azərbaycana qayıdışı xalqımızın taleyində önəmli rol oynamışdır. Heydər Əliyevin həmin dövrdə Azərbaycana qayıdışı olmasaydı, müstəqillik, firavanlıq - bunların heç biri olmayacaqdı. Ümummilli Lider ölkəyə rəhbərlik etdiyi ilk gündən etibarən Azərbaycanda iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamış, siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmlənmiş və müstəqilliyimiz dönməz xarakter almışdır.Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən natiqlər xalqımızın cənab Prezidentin ətrafında sıx birləşdiyini bildirdilər.