Mərkəzin binası

Naftalan şəhər Heydər Əliyev Mərkəzinin inşasına 2012-ci ilin avqust ayında başlanmış və 2013-cü ilin sentyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Naftalan şəhərinə səfəri zamanı açılışı olmuşdur.

Heydər Əliyev Mərkəzi 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbədə Ulu Öndər Heydər Əliyevin həyat və əmək fəaliyyətini əks etdirən fotoşəkillər 9 bölmədə öz əksini tapmışdır. Mərkəzin muzey hissəsində Heydər Əliyevin təhsil və Moskva şəhərində məsul vəzifədə işləyərkən onunla bağlı sənədlər də yerləşdirilmişdir. Eyni zamanda 1-ci mərtəbədə akt zalı, iki inzibati otaq yerləşir.

2-ci mərtəbədə xarici dil kursları, elektron kitabxana, internet klub və Rəsm studiyası ilə bağlı otaqlar vardır. Hər bir otaq adlarına uyğun avadanlıqlarla təchiz edilmişdir.