Muzey

Mingəçevir şəhər Heydər Əliyev Muzeyi 2013-ci il aprelin 16-da istifadəyə verilibdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 09.04.2019-cu il tarixli 837/ 02 saylı məktubu əsasında Muzey həftənin bütün günləri fəaliyyət göstərir.

Muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə əks etdirən fotolar, tarixi sənədlər, kitablar nümaiş olunur. Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda ulu öndərin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif dövrləri əks olunub. Bundan başqa, Mərkəzdə Ümummilli Liderlə bağlı disklər, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Heydər Əliyevin uğurlu həyat yolunu əks etdirən ekspozisiya zalı Maddi-məhsul mühafizəsində 503 əşya var: 192 ədəd şəkil, 48 ədəd sənəd 261 ədəd kitab, 22 sənəd, 93 ədəd şəkil var, bunlardan 32 ədədi 1-ci mərtəbədə, 61-i 2-ci mərtəbədə, bunlardan 26-ı Cənab Prezidentimiz İlham Əliyevin şəhərimizə səfərləri ilə bağlıdır.

I Mərtəbədə

Ulu Öndərin genişmiqyaslı siyasi və dövlətçilik fəaliyyətini əks etdirən foto şəkillər və sənədlər

Heydər Əliyevin Portreti

Heydər Əliyevin tərcümeyi-halı yazılmış guşə

Heydər Əliyevə aid kəlamlar

İlk Avropa Oyunlarına aid Əbədi məşəl çırağı və islam Həmrəyliyi oyunlarına aid səhəng olan guşə

II Mərtəbə

Ulu Öndərin şəhərimizə ilk səfəri zamanı, həmçinin SSRİ rəhbərlərindən biri kimi və Müstəqillik illərində Prezident illərində fəaliyyətinin müxtəlif dövrlərində çəkimiş fotoşəkillər

Cənab Prezidentimiz İlham Əliyevin Mingəçevir şəhərinə səfəri zamanı çəkilmiş şəkilləri

Ulu Öndərə aid kəlamlar olan guşə