Heydər Əliyev və Mingəçevir

Heydər Əliyev və Mingəçevir

Azərbaycan Respublikasının xilaskarı Heydər Əliyev Azərbaycanın bütün bölgələri kimi Mingəçevirində inkişafına daim diqqət və qayğı göstərmişdir. Ulu Öndər Heydər Əliyev Mingəçevir şəhərimizə iki dəfə səfər etmişdir.

Ulu Öndərin Mingəçevir şəhərinə ilk səfəri:

İlk gəlişi 1981-ci il oktyabrın 21-də olmuşdur. O bir başa Azərbaycan DRES-in tikintisinə gəlmiş, stansiyanı gəzmiş stansiyanın ən mühüm köməkçi obyektlərindən biri olan kimyəvi su təmizləmə qurğusuna baxarkən onu sex rəisi Elza Quliyeva, laborantlar Minarə Əsədova,Elmira Mehdiyeva qarşılamışlar. Buxar qazanı aqreqatının ərsəyə gətirilməsində fərqlənən briqadalardan birinə rəhbərlik etmiş Ağazay Əliyevlə görüşüb. Sonra Heydər Əliyev turbin generatorunu quraşdıran Neovinnomıssk quraşdırılması, sahəsinin quraşdırıcılar briqadiri, Sosialist Əməyi Qəhramanı Yuri Toroptsevin briqdası ilə tanış olub, onların güzəranı ilə maraqlanıb. Azərbaycan Baş Enerji İdarəsinin rəisi M.İmanov buxar aqreqatı qurğusunun quraşdırılması, buraxılış-sazlama işləri barədə Heydər Əliyevə məlumat verib. "Əmək şöhrəti" muzeyinin qırmızı lentini kəsib.Muzeylə tanışlıqdan sonra mitinqə yığışan iştirakçılarla görüşüb. Respublika Rəhbəri Mingəçevir ilkin müəssisələrindən olan yol maçınları zavodunda, 3 nömrəli yaşayış massivində, "Kür" avarçəkmə bazasında sevindirici haldır ki, Ulu Öndərin siyası kursunun layiqli davamçısı cənab Prezidentimiz İham Əliyev 2010-cu ilin oktyabr ayında yeni inşa olmuş Kür Olimpiya İdman Tədris Kompleksinin açılış mərasimində iştirak etmişdi,avtomobillərə texniki xidmət stansiyasında, Mingəçevir SES silsiləsində toxuculuq kombinatında Cənab Prezidentimiz İlham Əliyev 2016-ci il 11 Sentyabrda həmin yerdə yeni Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində, 27 Fevral 2018-ci ildə isə Sənaye Parkının açılış mərasimində iştirak etmişdir, "Azərkabel" zavodunda əməkçilərlə görüşüb, onların iş şəraiti, asudə vaxtlarının təşkili ilə maraqlanmışdır. Şəhərimi Ulu Öndərin diqqət və qayğısı sayəsində Energetiklər və Nur şəhəri kimi şöhrət qazanmışdır.

Heydər Əliyev 20 oktyabr 1981-ci il axşam Mingəçevir Dövlət Dram Teatırında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Ulu Öndərin Mingəçevir şəhərinə 2-ci səfəri:

Ulu Öndər Heydər Əliyev Prezident seçkiləri ilə əlaqədar 08.10.1998-ci ildə Mingəçevir şəhərində seçicilər ilə görüşüb.Həmin yerdə Ulu Öndərin abidəsi ucaldılmış, park salınmışdır.