Mingəçəvir şəhər Heydər Əliyev Mərkəzinin Nümunəvi Əsasnaməsi

I.ÜMUMİ MÜDDƏALAR

1.Rayon(şəhər) Heydər Əliyev Mərkəzləri (bundan sonra-Mərkəz) Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan elmi cəhətdən öyrənilməsini təşkil edən, habelə hərtərəfli inkişaf etdirilməsini təmin edən mədəniyyət, elmi- tədqiqat qurumu sürən dövlət müəssəsidir.

2.Mərkəz Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi sistemində fəaliyyət göstərir və onun tabeliyindədir.

3.Merkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Mədəniyyət haqqında”, “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanı və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərar və sərəncamlarını, nazirliyin əmr və kollegiya qərarlarını, digər normativ aktları, habelə bu Əsasnaməni rəhbər tutur.

4.Mərkəz öz vəzifələrini yerinə yetirərəkən və hüquqlarını həyata keçirərəkən Azərbaycan Respublikası Prezdentinin Administrasiyası. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizim Nazirliyi, yerli özünüidarəetmə orqanları, yaradıcılıq ittifaqları elmi- tədqiqat, təhsil, mədəniyyət və turizm müəssisələri, habelə qeyri- hökumət təşkilatları və qarşılıqlı əlaqədə fəailiyyət göstərir.

5.Mərkəzin qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinədarlıq və bank hesablarına o cümlədən valyuta hesabına, üzərinde Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və öz adı həkk olunmuş möhüre, ştanplara və blanklara malikdir.

6. Mərkəzin fəaliyyəti və saxlama xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Mərkəz öz işini mövcud qaydada təsdiq edilmiş perspektiv və illik planlar əsasında qurur, öz fəaliyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə hesbat təqdim edir.

7. Mərkəz respublikanın rayon və şəhrlərində fəaliyyət göstərir.

II. MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

8.Mərkəz aşağıdakı istiqamətldə fəaliyyət göstərir:

8.1. Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin fəaliyyəti ilə bağlı materialları toplanması, elmi tədqiqi və təbliği, fondlarda qorunması, ekspozisiya və sərgilərində nümayiş etdirilməsi.

8.2. Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi əşyaların, maddi-mədəni abidələrin toplanması, kataloqlaşdırılması, qorunub saxlanılması və veb-saytda yerləşdirilməsi təmin edilməsi:

8.3.Azərbaycan xalqının umummilli lideri Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı digər qurumlarla əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi:

8.4. Xarici ölkələrin müasir iş təcrübəsinin öyrənilməsi, elmi və texniki heyyətin peşə ixtisasının artırılması sahəsində əməkdaşlıq üçün beynəlxalq əlaqələrdən istifadə edilməsi metodiki materiallar və təcrübə mübadiləsi haqqında xarici ölkələrin muzeyləri ilə saziş bağlanması və həyata keşirilməsi, müvafiq şərait olduqda xarici ölkə mütəxəssislərinin qəbul edilməsi və həmin ölkələrə mütəxəssis göndərilməsi.

8.5.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinə dair tarixi araşdırmaların və tədqiqatların təbliğ edilməsi.

8.6. Mərkəzin işçilərinin əməyi ödənilməsi üzrə yüksək qurupa daxil edilməsi məqsədilə müvafiq qaydada vəsatət qaldırılması.

III. MƏRKƏZİN VƏZİFƏLƏRİ

9.Mərkəz aşağıdakı vəzifələri yerinə yetirir:

9.1.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı materialların toplanması, uçotu, mühafizəsi, bərpası, nümayişi, təbliği və elmi cəhətdən öyrənilməsi və tədqiqi, fondlarda qorunması,ekspazisiya və sərgilərdə nümayiş etdirilməsi ilə bağlı tədbirlərin həyata keçrilməsi, məlumatların elektron daşıyıcılarına daxil edilməsi və elektron kataloq vasitəsilə vahid muzey informasiya sisteminə qoşulması üçün tədbirin görülməsi:

9.2.Xüsusi əhəmiyyət kəsb edən nadir sənədlərin, əşyaların surətlərinin hazırlanması:

9.3.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi:

9.4.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinə dair tarixi araşdırmaların və tədqiqatların təbliği, dəstəklənməsi:

9.5.Tədqiqat və təbliğat işlərinin əsas istiqamətlərini müəyyənləşdirib plan və poqramların hazırlanması, onların maddi-texniki təminatı üçün tədbirlərin görülməsi:

9.6.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyat və fəaliyyəti ilə

bağlı tarixi əşyaların, maddi mədəni abidənin toplanması, kataloqlaşdırılması və qorunub saxlanılmasının təmin edilməsi:

9.7.Müasir tələbləri nəzərə almaqla mərkəzdə ekspozisiyanın qurulması və sistematik olaraq onun zənginləşdiranlıqlarla təchiz edilməsi:

9.8.Mərkəzdə və mərkəzdən kənarda mədəni-kütləvi işin aparılması, bu istiqamətdə müasir xidmət formaları və yeni avadanlıqlardan istifadə edilməsi:

9.9. Heydər Əliyev irsini və onun ictimai-siyasi fəaliyyətini təbliğ etmək məqsədilə respublikamızda, habelə xarici ölkələrdə səyyar sərgilərin təşkil edilməsi:

9.10.Tamaşaçıların müxtəlif təbəqələrini, o cümlədən, xarici turistlərin marağını nəzərə almaqla ekskursiya mətinlərinin hazırlanması:

9.11.Merkəzin tamaşaçıların istəklərini, rəylərini öyrənmək məqsədilə sosiolji sorğu, rəy və digər müraciət formalarının tətbiq edilməsi:

9.12.Heydər əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinə aid araşdırmaların nəticələrin, həmçinin mərkəzin apardığı elmi-tədqiqat işinin nəticələri ilə bağlı elmi məclis və forumlarda cıxışların edilməsi, buklet, kataloq, bələdçi və elmi manoqrafiyalarının nəşrinə nail olunması:

9.13.Əhalinin müxtəlif yaş və sosial qurupları üçün daimi fəaliyyət göstərən həvəskar birliklərin təşkil edilməsi:

9.14.Mərkəzdən istifadə rejiminin təmin edilməsi, abidələrin qorunması, onlardan istifadə qaydaları və Mərkəzin mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi:

9.15.Mərkəzin turist marşrutlarına salınması və geniş tamaşaçı kütləsinin cəlb edilməsi üçün müxtəlif proqramların hazırlanması və bu istiqamətdə məqsədyönlü iş aparılması:

9.16.Mərkəzin ərazisində rekreasiya zonalarının, yaşıllaşdırma sahələrinin və nəqliyyat hərəkətinin müvafiq qaydada təşkil edilməsi:

9.17.Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun layihələrinin hazırlanıb həyata keçrilməsi:

9.18.Mərkəzin ərazisini idarə etmək üçün rəqəmli informasiya- kommunikasiya sistemi yaradılması, beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsi:

9.19.Mərkəzə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinat üzrə səmərəli istifadə olunmasınıntəmin edilməsi:

9.20.Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılması, internet saytının yaradılması, malik olduğu və siyahısi qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsi və bu informasiyanın daimi yeniləşdirilməsinin təmin edilməsi:

9.21.Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görülməsi:

9.22.Mərkəzə aid proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və Mərkəzin inkişafının təmin edilməsi:

9.23.Müntəzəm qrafiq əsasında Mərkəzin ərazisində yerləşən muzeyin, konfras zalın, kitabxananın və digər mədəni obyektlərin ictimaiyyət üçün açıq elan edilməsi:

9.24.Müvafiq tarixi və mədəni sərgilərin və təqdimatların təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsi:

9.25.Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

IV.MƏRKƏZİN HÜQUQLARI

10.Mərkəz aşağıdakı hüquqlara malikdir:

10.1.Vəzifələrinin yerinə yetirilməsi və hüqüqlarının həyata keçirilməsi məqsədilə fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olmaq, göstərdiyi xidmətlərə və yerinə yetirdiyi işlərə görə xidmət haqları almaq:

10.2.Mərkəzin fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlamasında iştirak etmək:

10.3.Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlara, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) nazirliyin razılığı ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək:

10.4.Fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitiq materiallar hazırlamaq, fəaliyyət istiqamətləri üzrə tədqiqatlar aparmaq, təkliflər vermək:

10.5.Nazirliyin razılığı ilə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəld etmək:

10.6.Qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşirlər buraxmaq:

10.7.Mərkəz ərazisində mədəni-kütləvi tədbirlər keçirməklə, nazirliyin razılığı ilə müvəqqəti və daimi xidmətlər göstərən strukturlar (obyektlər) yaratmaqla, özəl və dövlət qurumları ilə müqvilə əsasında birgə fəaliyyətdə iştirak etməklə, müxtəlif növ xidmətlər göstərməklə qanunvericiliyə zidd olmayan gəlir əldə etmək:

10.8.Mərkəzin fəaliyyəti ilə bağlı qəbul etmət:

10.9.Nazirliyin razıliğı ilə Mərkəzin elmi-tədqiqat, analitik-informasiya və digər fəaliyyətini planlaşdırmaq:

10.10.Mərkəzin strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişkənliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turuzim Nazirliyinə təkliflər vermək:

10.11. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V.MƏRKƏZİN İDARƏ EDİLMƏSİ VƏ FƏALİYYƏTİNİN TƏŞKİLİ

11.Mərkəzin strukturu və ştat cədvəl Mədəniyyət və Turuzim Nazirliyi tərəfindən təsdiq olunur.

12. Mərkəzin fəaliyyəti üzərində nəzarət Mədəniyət və Turizim Nazirliyi və rayon (şəhər) Mədəniyyət və Turizim Şöbəsi tərəfindən təmin edilir:

12.1.Nazirlik Mərkəzin illik mübasibat balanslarının, mənfəətinin(zərərinin) bölgüsünü təsdiq edir:

12.2.Nazirlik Mərkəzin fəaliyyətinin əsas istiqamətlərinə dair plan və hesabatları təsdiq edir:

12.3.Nazirlik Mərkəzdən daxil olan təkliflərə baxır və öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görür.

12.4.Qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

13.Mərkəzin nəzdində muzey fəaliyyət göstərir. Muzey sistematik olaraq öz profilinə uyğun ədəbiyyat, elmi-metodiki və dövrü mətbuat materiallar ilə zənginləşdirilir.

14.Mərkəzin fəaliyyəti prossində onun elmi arxivi yaradılır.Buraya plan və hesabatlar, mərkəzin şurasının protokolları, mühazirə və ekskursiya mətnləri, ezamiyyətlər haqqında hesabatlar, mövzu-ekspozisiya planları və.s. materiallar daxil edilir.

15.Mərkəzin fəaliyyətinə yerli icra orqanlarının təqdimatı əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin əmri ilə vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir.Direktor ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

16.Mərkəzin direktoru:

16.1.Mərkəzin səmərəli fəaliyyətini təşkil edir və ona ümumi rəhbərliyi həyata keçirir.

16.2. Mərkəzin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür.

16.3. Mərkəzin struktur bölmələrinin əsasnamələrini təsdiq edir.

16.4.Mərkəzin işçilərini müəyyən olunmuş qaydada vəzifəyə təyin və vəzifədən azad edir, işçiləri müqavilə əsasında işə qəbul edir, işdən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, vəzifə bölgüsü aparır.

16.5.Qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmrvə sərəncamlar verir, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil edir, və icrasına nəzarəti həyata keçirir, mərkəzin iş planını rayon (şəhər)Mədəniyyət və Turizm Şöbəsi təsdiq edir, onun icrasına nəzarət edir.

16.6.Bütün inzibati, təsərrüfat və ictimai idarə və təşkilatlarda Mərkəzin adından etibarnaməsiz çıxış edir, Mərkəzi təşkil edir, məhkəmədə iddiaçı və cavabdeh qismində iştirak edir, bu Nizamnaməyə müvafiq olaraq mərkəzin fəaliyyətinə rəhbərlik etmək üçün bütün əməliyyatları həyata keçirir:

16.7.Mərkəzin daxili intizam qaydalarını təsdiq edir:

16.8. Mərkəzin əmlakı barədə qanunvericiliyə uyğun olaraq sərəncamlar verir, müqavilələr bağlayır, etibarnamə verer, banklarda hesablaşma hesabı və digər hesablar açır:

16.9. Mərkəzin illik və digər iş planlarının tərtib olunmasını təmin edir:

17.Direktor müavini və baş mühafiz Mərkəzin direktorunun və mədəniyyət turizm şöbəsinin (idarəsini ) təqdimatı ilə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə təyyin olunur və işdən azad edilir. Diretor müavini və baş mühafiz onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün məsuliyyət daşıyırlar.

18.Mərkəzin diretoru yanında məşvərətçi qurum kimi Mərkəz şurası fəaliyyət göstərir.Mərkəz şurasının tərkibi direktorun təqdimadı ilə mədəniyyət və turizm şöbəsi (idarəsi) tərəfindən əmrlə təsdiqlənir. Şuranın say tərkibi, vəzifələri və səlahiyyətləri müvafiq əsasnamə ilə müəyyən edilir. Mərkəzin direktorunun yanında digər məşvərətçi qurumlar yaradıla bilər.

19. Mərkəzdə fond-satınalma komissiyası fəaliyyət göstərir.Komissiyanın tərkibi mərkəzin direktorunun təqdimatı ilə mədəniyyət və turizm şöbəsi (idarəsi) tərəfindən təsdiq edilir.Fond-satınalma komissiyası öz işini Mədəniyyət və Turizm Nazirliyinintəsdiq etdiyi Əsasnamnəyə uyğun qurur Komissiyanın vəzifələri müvafiq Əsasnamə ilə tənzimlənir.

20.Mərkəzin fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təklifləri, Mərkəzin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir:

21.Qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

VI.MƏRKƏZİN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ

23.Mərkəzin əmlakı;

23.1. Ona təhkim edilmiş dövlət əmlakından:

24.2. Dovlət büdcəsindən məqsədli təyinatla ayrılan vəsaitlərdən:

25.3.Fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, gösrətilən xidmətlərdən əldə edilən daxilolmalardan:

26.4. Qanunvericiliklə nəzərdə tutulan digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir :

27.Büdcədənkənar daxilolmalar:

27.1. Hüquqi və fiziki şəxslərin könüllü maddi yardımları:

27.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər:

27.3.Mərkəzin ümumi fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyi maliyyə-təsərrüfat fəaliyyəti isə müvafiq salahiyyətli orqan tərəfindən yoxlanıla bilər:

28.Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədi ilə istifadə olunur.

29.Mərkəz öz vəzifələrini yerinə yetirmək məqsədi ilə büdcədən kənar vəsaitləri, qrantları, fiziki və hüquqi şəxslərin məqsədli ianələrini istifadə etməklə xüsusi fondlar yaratmaq və onlardan istifdə etmək hüququna malikdir:

30.Mərkəzin maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurumlar, texniki vəsaitləri, maşın və avadanlıqlar, habelə başqa maddi-texniki təchizat vasitələri təşkil edir.

31.Mərkəzə təhkim edilmiş torpaq sahələri onun daimi istifadəsindədir.

32.Mərkəz əldə edilən gəlirlərdən mülkiyyət obyektlərindən elmi və maddi bazanın inkişafı, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, habelə öz fəaliyyəti ilə bağlı gigər ehdiyaclar üçün qanunvericiliyə uyğun olaraq istfadə edir.

33.Mərkəzin işçilərinin say həddi, aylıq vəzifə maaşları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir.

34.Mərkəzin öz maliyyə vəsaitləri hesabına vəzifə maaşlarına əlavə ödəniş və artırılmalar müəyyən olunan, mükafatlar və digər həvəsləndirici ödənişlər verilə bilər.Artırmaların, əlavə ödənişlərin,mükafatların və digər ödənişlərin miqdarı üşün son hədd qoyulmur.

35.Mərkəz öz fəaliyyətinin nəticələrinin uçotunu aparır, müəyyən olunmuş qaydada statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir.

VII.YEKUN MÜDDƏALAR

36.Mərkəzin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Əsasnamə ilə tənzimlənməyən Mədəniyyət və Turizm Nazirliyinin qəbul etdiyi qərar və Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

37.Bu Nizamnamə Mədəniyyət və Turizim Nazrlirliyinin qərarı ilə tam, yaxud qismən dəyişdirilə bilər.

38.Bu Əsasnamənin hər hansı müddəası gələcəkdə qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası əsas götürüləcəkdir.

39. Mərkəzin yenidən təşkili və ləğvi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.