Rəsm dərnəyi

Heydər Əliyev Mərkəzində 2016-cı ildən "Rəsm studiyası" dərnəyi fəaliyyət göstərir. Dərnəyə Hinayeva Gülnar Qabil qızı rəhbərlik edir. Rəsm dərnəyi cari ilin oktyabr ayında fəaliyyətə başlayır, may ayında sona çatır. Həftənin II və IV günləri fəaliyyət göstərir. Burada uşaqlara rəsm,rəngkarlıq kompazisiya öyrədilir. Uşaqların rəsm sərgiləri Mərkəzdə keçirilən tədbdirlərlə yanaşı şəhər və Regional tədbirlərdədə nümayiş olunur

16 iyul 2018-ci il tarixdə Mingəçevir şəhərində keçirilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Bölgələrdən bölgələrə" yaradıcılıq festivalındada şagirdlərin çəkdiyi rəsmlərdən ibarət sərgi təşkil olunub həmçinin 10.05.2018-ci il tarixdə Mingəçevir şəhər Sahil parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş ənənəvi X Kitab Bayramında Rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilmişdir.

Rəqs dərnəyi

Mərkəzdə 2015-ci ildən Rəqs dərnəyi fəaliyyət göstərir. Dərnək il ərzində fəaliyyətdədir. Dərnəyə rəhbərlik Əliyev Eyvaz İlham oğlu edir. Dərnəkdə şagirdlərə bir çox rəqslər öyrədilir. Rəqs həftənin bütün günləri fəaliyyət göstərir. Məktəblilər Mərkəzin və Şəhər tədbirlərində öz rəqsləri ilə çıxışlar edirlər.