Ermənistan təcavüzünün nəticələri

Mingəçevir şəhəri 328 şəhid vermiş, 104 nəfər isə itkin düşmüşdür.Bununla yanaşı Aprel döyüşləri zamanı 4 nəfər şəhid olmuşdur.

Mingəçevirli "Azərbaycan Milli Qəhramanları":

1.Nağıyev Dilqəm Heydər oğlu 1975-ci ilin iyunun 24-də Mingəçevir şəhərində anadan olmuşdur, 15 mart 1995-ci ildə ikinci dəfə çevrilişinə cəhd edilərkən, Tovuz-Ağstafa zonasında əsgərlərlə birlikdə qiyamçıların ram edilməsi əməliyyatında şücaət göstərərkən həlak olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nağıyev Dilqəm Heydər oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhramanı" adı verilmişdir.

2.Əsədov Malik Hamil oğlu 1962-ci il iyunun 27-də Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1992-ci ilin yanvarın 18-də Şuşanın Nəbilər kəndinin müdafiəsi zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhramanı" adı verilmişdir.

3.Muradov Ruslan Həmid oğlu 1973-cü il iyunun 27-də Mingəçevir şəhərində anadan olub. 1992-ci il avqustun 22-də Gülyataq kəndi uğrunda döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ruslan Həmid oğlu Muradova ölümündən sonra "Azərbaycan Milli Qəhramanı" adı verilmişdir.

4.Mirabov Rəşad Akif oğlu 1975-ci il mayın 3-də Mingəçevir şəhərində doğulub.1995-ci il martın 17-də Bakıda Azərbaycanın müstəqilliyinin qorunub saxlanması uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli fərmanı ilə Mirabov Rəşad Akif oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhramanı" adı verilmişdir.

Qaçqın "Milli Qəhrəmanlar"

1.Əhmədov Natiq İlyas oğlu-04.02.1969-29.09.1991

2.Novruzov Ələsgər Xanlar oğlu-08.10-1950-26.01.1992

"Azərbaycan Bayrağı Orden"li Mingəçevir şəhidləri

1.Əliyev Cəmil Məhərrəm oğlu 1964-cü il fevralın 1-də Ermənistanda anadan olub. 13 dekabr 1993-cü ildə Beyləqan döyüşlərində həlak olub. Azərbaycan Respublikasın Prezidenti Heydər Əliyevin fərmanı ilə Əliyev Cəmil Məhərrəm oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

2.Rövşənov Tofiq Nəbi oğlu 1973-cü il avqustun 21-də Ermənistanın Tumanyan rayonunda anadan olub. 1994-cü il fevralın 8-də Ağdərədə şəhid olub. Azərbaycan Respublikasın Prezidenti Heydər Əliyevin fərmanı ilə Rövşənov Tofiq Nəbi oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

3.Məmmədzadə Yaşar Çələbi oğlu 1960-cı il dekabrın 28-də Mingəçevirdə anadan olub. 1994-cü il yanvar ayının 4-də şəhid olub. Azərbaycan Respublikasın Prezidenti Heydər Əliyevin fərmanı ilə Məmmədzadə Yaşar Çələbi oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

4.Kişiyev İlqar Əlipanah oğlu 1975-ci il yanvarın 12-də Mingəçevir şəhərində anadan olub. 1993-cü il dekabırın 30-da şəhid düşmüşdür. Azərbaycan Respublikasın Prezidenti Heydər Əliyevin fərmanı ilə Kişiyev İlqar Əlipanah oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

5.Bəkirov Mehman Mayıl oğlu 1958-ci il senyabrın 21-də Mingəçevir şəhərində anadan olub. 1993-cü il dekabrın 28-də şəhid olub. Azərbaycan Respublikasın Prezidenti Heydər Əliyevin fərmanı ilə Bəkirov Mehman Mayıl oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

6.Mirzəyev Müşviq Mustafa oğlu 1973-cü il yanvarın 3-də Ermənistanın Çermux rayonunda anadan olub.1993-cü il fevralın 13-də döyüşlərdə yaralanıb, üç gün sonra şəhid olub. Azərbaycan Respublikasın Prezidenti Heydər Əliyevin fərmanı ilə Mirzəyev Müşviq Mustafa oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

7.Niftəliyev Azər Bayram oğlu 1957-ci il iyulun 22-də Gorus rayonunun Şurnuxu kəndində anadan olub. 1994-cü il yanvarın 2-də döyüşlərdə minaya düşərək şəhid olub. Azərbaycan Respublikasın Prezidenti Heydər Əliyevin fərmanı ilə Niftəliyev Azər Bayram oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

"İgidliyə görə medal"la təltif olunanlar

1.Allahverdiyev Etibar Baloğlan oğlu 1968-ci il avqustun 27-də anadan olub. 1992 ci il fevralın 26 da şəhid olmuşdur. Torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xidmətlərinə, şəxsi igidlik və şücaətlərinə görə Etibar Baloğlan oğlu Allahverdiyev "hərbi xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.

2.Əmirov Zaur Rasim oğlu 1972-ci il mayın 9-da Ağdam rayonunun Salahlı kəndində anadan olub. 1994-cü il aprelin 11-də Ağdam bölgəsində şəhid olub. Torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xidmətlərinə, şəxsi igidlik və şücaətlərinə görə Zaur Rasim oğlu Əmirov "hərbi xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.

3.Cəfərov Alış Zeynəlxan oğlu 1960-cı il fevralın 2-də Ağdam da anadan olub. 1994-cü il aprelin 13-də şəhid olub. Torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xidmətlərinə, şəxsi igidlik və şücaətlərinə görə Alış Zeynəlxan oğlu Cəfərov "hərbi xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.

4.İsmayılov Bahəddin Abdulla oğlu1972-ci il mayın 17-də Mingəçevir şəhərində anadan olub.1992-ci il noyabrın 10-da Ağdərədə gedən döyüşlərdə şəhid olub. Torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xidmətlərinə, şəxsi igidlik və şücaətlərinə görə Bahəddin Abdulla oğlu İsmayılov "hərbi xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.

Adına bulaq tikilmiş, xatirə abidələri qoyulmuş, məktəb olan, mədəniyyət evləri, musiqi məktəbi, küçə olan şəhidlər

Malik Hamil oğlu Əsədov-İşlədiyi Mingəçevir Dövlət Yanğın Təhlükəsizlik xidməti idarəsinin qarşısında Azərbaycanın Milli Qəhramanı Malik Əsədovun büstü qoyulmuşdur.

Vaqif Yaqub oğlu Ağakişiyev-12 saylı orta məktəb Vaqif Yaqub oğlu Ağakişiyevin adını daşıyır.Məktəbin qarşısında qəhramanın büstü qoyulmuşdur.

Tahir Qəhrəman oğlu Məhərrəmov- Azərbaycan DRES qəsəbəsindəki "Gənclik" mərkəzi Tahir Qəhrəmanovun adını daşıyır.

Fazil Fəxrəddin oğlu Qasımov-3 saylı musiqi məktəbi Fazil Fəxrəddin oğlu Qasımovun adını daşıyır və musiqi məktəbində büstü qoyulub.

Noel Əlihüseyn oğlu Ahənkar-13 saylı orta məktəbə Noel Ahənkarın adı verilmişdir.Məktəbdə qəhramanın büstü qoyulub.

İlqar Qiyas oğlu Zeynalov-2 saylı orta məktəb İlyas Qiyas oğlu Zeynalovun adını daşıyır.

Azər Bayram oğlu Niftəliyev-Energetiklər qəsəbəsindəki mədəniyyət evinə Azər Niftəliyevin adı verilmişdir.

Elçin İsmixan oğlu Həsənov-Mingəçevir avtomobil məktəbi Elçin İsmixan oğlu Həsənovun adını daşıyır.

Elxan Rəcəb oğlu Kərimov -yaşadığı küçədə barelyefi açılıb, xatirə bulağı tikilib.

Fazil Lətif oğlu Əzimov-DRES qəsəbəsindəki küçələrdən birinə Fazil Lətif oğlu Əzimovun adı verilmişdir.

Dilqəm Heydər oğlu Nağıyev- 9 saylı orta məktəb "Azərbaycanın Milli Qəhramanı" Dilqəm Heydər oğlu Nağıyevin adını daşıyır. Məktəbin qarşısında və şəhidlər muzeyində qəhramanın büstü qoyulmuşdur.

Rəşad Akif oğlu Mirabov -7 saylı orta məktəb "Azərbaycanın Milli Qəhramanı"Rəşad Akif oğlu Mirabovun adını daşıyır. Məktəbin qarşısında və şəhidlər muzeyində qəhramanın büstü qoyulmuşdur.

.Adilzadə Adil Kamran oğlu-adına xatirə bulağı tikilib.

Aprel şəhidləri

aprel şəhidləri

1.Adilzadə Adil Kamran oğlu 17.04.1993 cü ildə anadan olub 02.04.2016-cı ildə şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə" III dərəcəli medalı ilə təltif olunub.

2.Qasımov Teymur Sabir oğlu 04.01.1992-ci ildə anadan olub 03.04.2016-cı ildə şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə" III dərəcəli medalı ilə təltif olunub.

3.Əhmədov Rüstəm Oruc oğlu20.09.1983-cü ildə anadan olub 14.04.2016-cı ildə şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə" III dərəcəli medalı ilə təltif olunub.

4.Tağıyev Rahim Qara oğlu10.11.1979-cu ildə anadan olub 10.07.2016-cı ildə şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə" III dərəcəli medalı ilə təltif olunub.