Şəhər haqqında məlumat

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km və Qəbələ rayonunda 90 km məsafələrdə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 15,7 milyard kub metr, uzunlugu 70 km, maksimal eni 18 km, su örtüyünün sahəsi 605 km², orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5-7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 metrdir.
Mingəçevir şəhərinin iqlimi mülayim istidir. Orta temperatur yanvar ayında müsbət 3.9 dərəcə, iyul ayında 27.8 dərəcədir. İllik yağıntı 418 mm.

Mingəçevir şəhərinin əhalisi 01.12.2018-ci il tarixə 105139 nəfərdir. Şəhər ərazizisində 5394 ailə (20199 nəfər) məcburi köçkün ailəsi məskunlaşmışdır.

Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. Sənaye istehsalı şəhər iqtisadiyyatının mühüm sahəsindən biridir. Bu sahənin fəaliyyəti sabitliyin və sosial inkişafın əsas göstəricisidir. Məşğul əhalinin əsas hissəsi energetika, elektrotexnika, kimya, maşınqayırma sahələrində çalışır.

  • 1981-ci ildə istifadəyə verilmiş “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC hazırda Mingəçevirin və ölkənin ən iri enerji istehsalı müəssisəsidir. Stansiyanın layihə gücü 2400 Meqavattdır. (2400000 kilovatt/saat). Orta illik məhsul istehsalının həcmi 9 milyard kvt/saat. Stansiyada 1120 nəfər işçi çalışır.
  • Mingəçevirin yaranmasının əsas səbəbkarı “Mingəçevir Su Elektrik Stansiyası silsiləsi” MMC-nin tikintisi 1955-ci ildə tam başa çatmışdır. Stansiyanın hazırkı gücü 424,6 meqavatt, orta illik məhsul istehsalı həcmi 1.2 milyard kilovatt/saat. Stansiyada 107 nəfər işçi çalışır.
  • “Mingəçevir İzolit” ASC - müəssisə 1963-cü ildən fəaliyyət göstərir. Şüşə-plastik və polietilen borular istehsalı sahəsində ixtisaslaşmışdır. Tam gücü ilə işlədikdə 30 milyon manatlıq məhsul istehsal etmək imkanı var. Müəssisədə 75 nəfər işçi çalışır.
  • “Azneftemaş” ASC - müəssisənin əsası 1953-cü ildə qoyulub, fəaliyyətə 1956-cı ildə başlayıb. Müxtəlif maşınqayırma və neft avadanlıqları hissələri istehsal edir. Tam gücü ilə işlədikdə 20 milyon manatlıq məhsul istehsal edir. Müəssisədə 154 nəfər işçi çalışır.
  • “Akkord” Mingəçevir Maşınqayırma zavodu ASC - Metal konstruksiyalar istehsal edir. 10 milyon manatlıq məhsul istehsal edə bilər. Müəssisədə 85 nəfər işçi çalışır.

2017-ci ilin 9 ayı ərzində şəhərin əsas göstəriciləri aşağıdakı kimidir: məhsul istehsalı 24,1 % artaraq 385,4 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 16,4% artaraq 46,2 milyon manat, rabitə xidmətlərinin həcmi 0,4% artaraq 1,0 milyon manat, əsas kapitala yönəldilən investisiyaların həcmi 2,3 dəfə artaraq 46,4 milyon manat, o cümlədən tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcmi 2,1 dəfə artaraq 46,4 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 17,5 % artaraq 250,4 milyon manat təşkil etmişdir. Şəhər üzrə orta aylıq əmək haqqı 284,5 manat, o cümlədən sənayedə çalışanların orta aylıq əmək haqqı 323,5 manat təşkil etmişdir. Cari ilin 9 ayı ərzində şəhər ərazisində 1272 yeni iş yerləri yaradılmışdır.

Mingəçevir şəhərində aşağıdakı Mədəniyyət Müəsisələri fəaliyyət göstərir.

1.Bərdə regional Mədəniyyət Turizm İdarəsinin Mingəçevir nümayəndəliyi

2.Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi

3.Bülbül adına 2 saylı Uşaq Musiqi Məktəbi

4.Şəhid F.Qasımov adına Uşaq İncəsənət məktəbi

5.Şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzi

6.Şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin S. Vurğun adına Mədəniyyət filialı

7.Şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin N.Nərimanov adına Mədəniyyət filialı

8.Şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin Sənətkarlıq filialı

9.Şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin Xalq Yaradıcılığı filialı

10.Şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin Xalq Musiqisi filialı

11.Heydər Əliyev Mərkəzi

12.Mingəçevir şəhər Tarix muzeyi

13.Abidələrin mühafizəsi

14.Dövlət Rəsm Qalereyası

15.M.P.Vaqif adına Mərkəzi Kitabxana Sistemi

16.A.S.Puşkin adına 1 nömrəli kitabxana filialı

17.M.Hüseyn adına 2 nömrəli kitabxana filialı

18.C.Məmmədquluzadə adına 3 nömrəli kitabxana filialı

19.M.Füzuli adına 4 nömrəli kitabxana filialı

20.M.Ə.Sabir adına 6 nömrəli kitabxana filialı

21.Ş.İ.Xətai adına 7 nömrəli kitabxana filialı

22.A.Şaiq adına 8 nömrəli kitabxana filialı

23.N.Gəncəvi adına 9 nömrəli kitabxana filialı

24.M.Müşfiq adına 10 nömrəli kitabxana filialı

25.H.Cavid adına 11 nömrəli kitabxana filialı

26.M.F.Axundov adına 12 nömrəli kitabxana filialı

27.Mingəçevir Dövlət Dram Teatrı