Ölkə rəhbəri Cənab Prezidentimiz İlham Əliyevin Mingəçevir Şəhərinə 16 aprel 2013- cü il tarixli səfəri zamanı Heydər Əliyev Mərkəzinin rəsmi açılışı mərasimi olmuşdur. Mərkəz Mingəçevir şəhər 20 yanvar küç.172 ünvanında yerləşir,müasir memarlıq üslubunda inşa olunmuşdur, ərazisi 6000kv.m sahəni əhatə edir və 3 mərtəbədən ibarətdir.

Mərkəzin ümumi sahəsi-6000 kv.m

1. 570 yerlik konfrans zalı-578 kv.m

2.Virtual sinif-82 kv.m

3.İnternet kafe-49 kv.m

4.Kompüter kursu-22 kv.m

5.Kitabxana-49 kv.m

6.Fotostudiya-22 kv.m

7.Milli rəqs məktəbi-50 kv.m

8.Xarici dil kursları-68 kv.m

9-Rəsm və dizayn studiyası-57 kv.m

Mərkəzin 1-ci mərtəbəsində Heydər Əliyev Muzeyi, 570 nəfərlik Akt zalı ,Qarderob, VİP otaq, Qrim otaqları və s. Yardımçı otaqlar yerləşir.

2-ci mərtəbədə Kitabxana, Konfrans zalı, Virtual sinif otaqları, Rəsm dərnəyi yerləşir.

3-cü mərtəbədə isə Rəqs Studiyası və Yaradıcılıq Studiyası və İnternet kafe yerləşir.