Birliklər

Qadın Resurs Mərkəzi haqqında məlumat

Ailə, Qadın və Uşaq Probıemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı(BMTİP) çərçivəsində “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsini həyata keçirir. Layihənin ümumi məqsədi - Kənd qadınlarının işgüzar və sosial fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək göstərməkdir. Masallı rayonunda layihə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) maliyyə dəstəyi ilə və İcra Hakimiyyətinin dəstəyi ilə icra edilir.
Qadın Resurs Mərkəzləri, həmçinin, ölkə boyu kənd və rayon qəsəbələrində yaşayan iqtisadi baxımdan aktiv qadınlar arasında şəbəkənin yaradılmasına dəstək göstərmək məqsədini daşıyır və kənd qadınlarının işgüzar və sosial imkanlarının artırılmasına yönəlir.
Qadın Resurs Mərkəzləri, məsləhətləşmə, mentorluq, şəbəkələşmə, gücləndirmə, təhlükəsiz məkan, yaxşı ünsiyyət və təbliğat daxil olmaqla, qadınlara geniş xidmət göstərən texniki qurğu kimi fəaliyyət göstərir.
Xaricdəki maliyyələşmələrdən asılılığını azaltmaq və Qadın Resurs Mərkəzinin davamlılığını təmin etmək məqsədi ilə mərkəzin bazasında QHT –ların yaradılması və onların bilik bazalarının inkişafı nəzərdə tutulur. Həmçinin, QRM-nin insan resurlarının hər uyğun olan sahələrdə öz təcrübələrini məsləhət xidmətləri kimi təqdim etməsi gözlənilir.

Layihənin əsas fəaliyyət istiqamətləri və nəticələri Masallı rayonunda aşağıdakı kimi olmuşdur:

QRM-i vasitəsilə 300 dən çox üzvü olan güclü qadın şəbəkəsi yaradılıb
Rayonun əmək bazarında qadınlara aid ola biləcək tələbata əsasən, iş axtarma vərdişləri, CV/tərcümeyi-hal yazılması, müsahibə və kommunikasiya bacarıqları, kompyüter və mühasibatlıq bilikləri, maliyyə savadlılığı və ailə büdcəsinin idarə olunması, peşə seçimləri, davranış qaydaları, biznesin yaradılması və idarə edilməsi, layihə hazırlanması və maliyyə axtarışı, təşkilatı inkişaf, QHT yaradılması və idarə olunması, mövzülar üzrə təlimlər keçirilmişdir.
Qadın sahibkarlığının inkişaf etdirilməsi və bizneslərin yaradılması təlimlərində 200 dən çox qadın ‘Öz biznesinə başla və İnkişaf et’ təlimlərində iştirak etmişdir və biznes planlar hazırlamışdır, onlardan 51 i qalib elan edilərək qeyri pul şəklində sərmayyə ilə təmin edilmişdir və şəxsi biznesini yaratmışdır və əlavə olaraq bizneslərin işçi qüvvəsi tələbatına əsasən 50 qadını işlə təmin etmişdir
İcmaların inkişafına və Azərbaycanda qadınların ictimai fəallığı ilə bağlı ənənəyə qadınların töhfəsi barədə yerli icmalar arasında maarifləndirmə kampaniyaları, qadın fəallar arasında sosial media platformaları vasitəsilə şəbəkələşmə görüşləri, qadınlar, gənclər, şagirdlər və valideynlər, məktəblərin işçi heyyətləri üçün ‘Qadınlara garşı Zorakılığa Yox Deyək’ tədbirləri keçirilmişdir. Tədbirlərdə 2000 dən artıq qadın fəal iştirak etmişdir.
Fərdi ehtiyaclara əsasən hüquqi və psixoloji xidmətlər 150 qadın və onları ailə üzvəlrinə göstərilmişdir
Qadın Resurs Mərkəzlərinin bazasında, davamlılığı təmin etmək məqsədilə,
‘Masallıda Qadınların Sosial İnkişafına Dəstək’ İctimai birliyi hüquqi status alaraq qeydiyyatdan keçmişdir.