Masallı rayon İcra Hakimiyyəti başçısı onlayn qəbul keçirdi

Masallı rayon İcra Hakimiyyəti başçısı onlayn qəbul keçirdi

14 may 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.

Onlayn qəbulda rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi.
Onlayn qəbulu açan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqadar vətəndaş qəbullarının dayandırılması və vətəndaşları narahat edən məsələlərin dinləməsi üçün onlayn qaydada vətəndaşların qəbulunun təşkil edilməsini bildirdi.

Sonra rayon rəhbəri vətəndaşların onlayn qəbuluna başladı.

Güllütəpə kənd sakini Əlinağıyev Məmmədəli Abbasqulu oğlu və Qəriblər kənd sakini Allahyarov İldırım Baloğlan oğlu Masallıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ifadə etdilər. Sahibkar İldırım Allahyarov ona məxsus müalicə-istirahət müəssisəsinə gedən yolun şəxsi vəsaiti hesabına asfaltlaşdıracağını bildirdi.

Türkoba kənd sakini Əkbərova Rəsmiyyə Bayram qızı və Tüklə kənd sakini Məmmədov Rəvvaq Qubad oğlu müraciətlərində həyat yoldaşlarına əlillik dərəcəsi ala bilməmələri ilə bağlı onlara köməklik göstərilməsini xahiş etdilər. Vətəndaşlara izah olundu ki, müəyyən müalicə-müayinədən sonra əllilik dərəcəsinin təyin edilməsi səhiyyə müəssisələrinə aidiyyəti olan məsələlərdəndir.

Sonra Masallı şəhər sakinləri Əliyev Nəcəf Əhmədağa oğlu koronavirusla bağlı karantin günlərində işsizlərə ödənilən birdəfəlik 190 manat yardımı ala bilməməsi, Mirzəyev Fərhad Abı oğlu isə ali təhsilli övladının işlə təmin edilməsi barədə müraciət etdilər. N.Əliyevə mövcud karantin rejimi ilə əlaqədar bidəfəlik yardımı ala bilməməsinə səbəb kimi şəxsi minik maşınına sahib və vergi ödəyicisinin olması göstərildi. F.Mirzəyevə izah olundu ki, pedaqoji təhsilli gənclər vakant yerlərə işə qəbulla bağlı müvafiq ixtisasları üzrə imtahanlarda keçid balını toplamalıdırlar.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək onlayn qəbulda qaldırılan məsələləri nəzarətə götürdü.