Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən diplomatik uğur

Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən  diplomatik uğur

44 günlük Vətən müharibəsindəki zəfərdən sonra 10 noyabr 2020-ci ildəki Ermənistanın kapitulyasiyası 11 yanvar 2021-ci il Moskva bəyanatı ilə davam etdi. 26 noyabr 2021-ci ildə qəbul edilmiş Soçi bəyanatını da elə bu kontekstdə Azərbaycanın növbəti diplomatik qələbəsi, Soçi görüşü eyni zamanda Ermənistanın kapitulyasiyasının növbəti mərhələsi oldu. Soçidə aparılmış danışıqlarda və imzalanmış sənəddə Azərbaycanın mövqeyi tam şəkildə əks olundu, maraqları təmin edildi, qarşıya qoyulan məqsədlərə nail olundu.

Soçi görüşü eyni zamanda Ermənistan tərəfinin iddialarını da alt-üst etdi, görüşündən öncə müxtəlif uydurma fikirlər əks olaraq, sənəddə hər hansı bir “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmədi. Bu da o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə də toxunulmadı. Sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edildi, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu. Həmçinin, sənəddə ATƏT-in Minsk Qrupuna dair heç bir bənd olmadı. Yəni, bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi diqqəti sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. Status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu. Bir sözlə, hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı,
Rusiya Prezidenti Vladimir Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri məhz, Zəngəzur dəhlizindən xəbər verir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycan Zəngəzur dəhlizini açacaq. Bu, istər danışıqlarla, istərsə də güc yolu ilə baş tutacaq. Elə 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxdı və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərdi ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına doğru gedir. Soçidə mina xəritələrin müzakirə olunması da Azərbaycanın uğurudur. Soçidə humanitar məsələlərdə də irəliləyiş əldə olunması barədə fikirlərin olması yaxın gələcəkdə mina problemində, ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq.

Rəsmi İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir.

Masallı rayon sakini fəal gənc Fərhad Babayev