Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimr Putinin dəvəti ilə Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlib.Soçidə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması barədə razılığa gəlinib.Görüşdən sonra üç ölkə lideri mətbuata bəyanatla çıxış ediblər.Görüş ötən il imzalanmış 10 noyabr Bəyanatının birinci ildönümünə həsr edilib.3 saata yaxın davam edən görüşdə sabitliyin güclənməsi istiqamətində atılmalı addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilib.Görüşdə Prezident İlham Əliyev bildiribki,bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində “maksimum konstruktivlik” nümayiş etdirib. O həmçinin Azərbaycanın Ermənistana təklifləri barədə danışıb.

“Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib.Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq.” Nikol paşinyan İlham Əliyevin 10 noyabr Bəyanatının yerinə yetirilməsi barədə dedikləri ilə razılaşmayıb.Bundan sonra Vladimr Putin Azərbaycan və Ermənistan liderlərinin gələn ay Brüsseldə baş tutacaq görüşünü yada salıb və bunu alqışladığını qeyd edib.15 və 16 noyabr tarixində Azərbaycan-Ermənistan sərhəddində baş verən toqquşmalardan da danışılıb.Azərbaycan 26 noyabrda bir hərbçi və bir mülki şəxsi Ermənistana təhvil verib.Bütün bunlar Azərbaycanın Humanizm prinsiplərini hər zaman yüksək qiymətləndirməsindən xəbər verir.Eşq olsun Müzəffər Azərbaycan ordusuna,yaşasın Azərbaycan.Qarabağ Azərbaycandır!!!

Masallı rayon sakini gənc fəal Əmrah Dadaşov