Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb

Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib. Cənab Prezidentin konfransdakı çıxışında Azərbaycan-Ermənistan Dağıq Qarabağ münaqişəsində Ermənistanın 27 sentyabr 2020 ci il səhər saatlarinda yeni ərazilər işğal etmək məqsədi ilə Azərbaycan ordusuna hücum etməsi bir daha dünya ölkələrinin diqqətinə çatdırılıb. Yaşayış məntəqələrin iri çaplı silahlardan atəşə tutmuşlar. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə Ali Baş Komandan tərəfindən Azərbaycan ordusuna sürətli əks hücum əmri verilib. Bu müharibə 44 gün ərzində Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Münaqişə hərbi yolla dayandırılıb siyasi yolla həll olunma mərhələsinə keçmişdir. Atəşkəs elan ediləndən sonra noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin Moskvada toplaşması onu göstərildi ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir. Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. Bu, hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağına imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etdi. Beləliklə, artıq qeyd etdiyim kimi, münaqişə hərbi-siyasi yolla həll edildi. Həmçinin üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dirçəliş gətirəcək, təhlükəsizliyi möhkəmlədəcək. Nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlarBiz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq. Azad edilmiş ərazilərdə bir ildən az müddətdə bir çox ölkələrdən olan minlərlə siyasətçi, diplomat və jurnalist, o cümlədən MDB ölkələrinin nümayəndələri bunları görüblər. Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfransındaki fikirinə əsasən Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.

Masallı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı: Quliyev Çingiz Feyzulla oğlu.