Xüsusi əhəmiyyət daşıyan hərbi əməliyyat

Xüsusi əhəmiyyət daşıyan hərbi əməliyyat

Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən II Qarabağ müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev adını tariximizə qızıl hərflərlə yazdı. Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, böyük qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqımızın inamı özünə qaytarıldı.

Tarixdə hər müharibənin bir kuliminasiya nöqtəsi olduğu kimi,II Qarabağ müharibəsinin də ən vacib döyüşlərindən biri,bəlkə də birincisi Hadrut uğrunda gedən döyüşlər olub. Xocavəndin işğaldan azad olunmasında Hadrut əməlliyatının böyük rol oynamışdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə - Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrut döyüşü Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən biridir.Bu mövzuya Prezident İlham Əliyev oktyabr ayının 9-da Xocavənd rayonuna səfəri zamanı rayon ictimaiyyəti ilə görüşdə də ətraflı şəkildə toxunmuşdur.

“Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Qaçqın və məcburi köçkünlərin yenidən öz yurd-yuvalarına qayıtmaları istiqamətində ilk addımlar artıq atılmışdır. 2016-ci ilin aprel hadisələrində ordumuzun əldə etdiyi parlaq qələbədən sonra yüzlərlə məcburi köçkün Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıtdı. Cocuq Mərcanlıya qayıdış sübut etdi ki, digər qaçqın və məcburi köçkünlərimiz də tezliklə Qarabağa – öz ev-eşiklərinə köçəcəklər.Müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılmışdır.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Çingiz Quliyev