Azərbaycanda COVİD-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır

 Azərbaycanda COVİD-19 pandemiyasına  qarşı mübarizə planlı şəkildə aparılır

Bütün dünyanı cənginə alan COVİD-19 pandemiyasına qarşı mübarizə bu gün daha qlobal məsələyə çevrilmişdir.Pandemiyaya qalib gəlmək üçün hər kəs həmrəylik göstərməlidir.Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan höküməti tərəfindən sistemli tədbirlər görülmüş və əhali arasında bununla bağlı geniş maarifləndirmə işləri aparılmışdır.Artıq bir ildən çoxdur ki,ölkə əhalisinin vaksinasiya prosesinə başlanılmışdır.Azərbaycan Respublikasının vaksinasiya ilə bağlı xüsusi strategiyası hazırlanmış,Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası” qəbul olunmuşdur.Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verməkdədir.Bunun nəticəsidir ki,bu gün ölkəmizdə artıq əhaliyə 4 növ vaksin seçimi verilmişdir.Onların hər biri effektiv və təhlükəsizdir.Vaksinasiya xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir.İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır.Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısını alır.Vaksin öldürülmüş və ya zərərsizləşdirilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükə yaratmır.Bu baxımdan Azərbaycanda COVİD-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır.Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir.Pandemiya təhlükəsi başladığı ilk gündən dövlət vavib addımlar atmışdır. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayilmasının qarşısının alınmasına dair Fəaliyyət planı” təsdiq edildi.Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.Qabaqlayıcı tədbirlər çərçivəsində xüsusi labaratoriyalar və xəstəxanaların sayı sayı artmış və hazırda belə labaratoriyaların sayı 20-dən çoxdur.Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrıldı.Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki,koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibb müəssisələrində müalicə alır.Bu baxımdan “İmmunitet sertifikatı” və onun etibarlılıq müddəti daha böyük önəm kəsb edir.”İmmunitet Sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir.COVİD-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir.Prezident İlham Əliyevin atdığı hər bir addım xalqımızda gələcəyə inam yaradır.İnanırıq ki,İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu gözəgörünməz düşmənə qarşı mübarizədə qalib gələcəkdir.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynallı Səməd