Vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası

Vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası

COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll edilməli olduğunu nəzərə alaraq ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olması bəyan edilmişdir. Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə tədbirlər görən ölkələrdən biri də Azərbaycan Respublikasıdır. Koronavirusla bağlı mübarizə sahəsində atılan uğurlu addımlar sırasında "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamının qəbul edilməsi olmuşdur. Strategiyanın keçirilməsinin əsas məqsədi COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır. Buna əsasən cari ilin yanvarın 18-də əhalinin vaksinasiyasına başlanılmışdır.Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar, yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır.Vaksinasiya cəmiyyətin sağlam inkişafı və yaxın ətrafdakı insanların səhhətinin təhlükə altında qalmaması üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin bu sahədə vaxtında qabaqlayıcı tədbirlər görməsi bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Əhalinin sağlamlığının qorunmasında immunlaşdırma dövlət tərəfindən vacib hesab edilir və Azərbaycan Respublikasında mütəmadi vaksinasiya tədbirləri daim diqqət mərkəzindədir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ağır nəticələrindən xilas edə bilmişdir.“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir Azərbaycanda vaksin vurdurmaq könüllü olsa da, artıq bir neçə ölkədə bu proses daha da sürətli aparılması üçün məcburi hala gətirilib.Dövlətimizlə yanaşı hər bir vətəndaşımız peyvəndlənmə prosesinə məsuliyyətlə yanaşmalıdır. Özümüzü və ətrafımızdakı insanları qorumaq üçün hər birimiz bu prosesdə fəal və məsuliyyətli davranmalıyıq.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova