Ermənistanın işğğalçı siyasətinə son qoyuldu

Ermənistanın işğğalçı siyasətinə son qoyuldu

Aprelin 26- da BMT-nin qərərgahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyanın “ Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkşafın təmin olunması “ mövzusuna həsr edilən 77 - ci sessiyası öz işinə başlayıb. Prezident İlham Əliyev çıxış nitqində ölkəmiz üçün vacib məsələlərə toxunub və postmüharibə dövründə Cənubi Qafqazda baş verməkdə olan reallıqlar haqqında sessiya iştirakçılarını məlumatlandırıb.Cənab Prezident sessiya iştirakçılarına çıxışında Ermənistanın işğalçı siyasətinə son qoyulduğunu vurğulamışdır. 30 ilə yaxın davam edən, Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Ərazi bütövlüyü beynəlxaq hüququn əsas prinsipidir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymaraq təxribatlarını, əsassız iddialarını, sərsəm bəyanatlarını davam edirməklə himayədarlarından aldığı maddi və mənəvi dəstəyi arxalanaraq işğalçılıq siyasətlərini davam etdirmək niyyətlərindən əl çəkmək istəmədilər. Azərbaycan bu illər ərzində münaqişənin sülh yolu ilə həll olunması üçün bütün vasitələrdən istifadə etdi və bu illər ərzində dünyadan bu münaqişənin həllinə ədalətli yanaşma gözlədi. Təəssüflər olsun ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmədi, beynəlxalq hüquqn norma və prinsiplərinə məhəl qoymadı.Azərbaycan isə 30 ilə yaxın bu qətnamələrin icrasını gözlədi. 2020–ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı və Ali Baş Komandan İlham Əliyev əks-hücüm əmri verdi. Ordumuz 30 il ərzində işğalçı erməni ordusunun qurduğu keçilməz istehkamları aşaraq 44 gün ərzində işğal altında olan ərazilərimizin böyük əksəriyyətini azad etdi və üçrəngli bayrağımızı Şuşa qalasından asdılar. Beləliklə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etdi. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan hökuməti sulhə məcbur edildi və 2020-ci il noyabrın 10 da kapitulyasiya aktını imzaladı.Tarixi Azərbaycan torpaqları olan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atilmadan işğalçılardan təmizləndi. Beləliklə ölkə başçısının dediyi kimi Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sona çatdı, münaqişə tarixə qovuşdu. Diplomatiya müstəvisində uğur qazanan Azərbaycanın güclü, qüdrətli ordusu qələbə çaldı və tarixi torpaqlarımızı öz əzəli sahiblərinə qaytardı. Aprelin 26-da Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışında qeyd etdiyi kimi indi Azərbaycan dövlətinin və xalqının qarşısında duran əsas məsələ daşı daş üstündə qalmayan, erməni vandalları tərəfindən yerlə yeksan edilən, viran qoyulan kəndlərimizi, qəsəbələrimizi, şəhər və rayonlarımızı yenidən bərpa etmək, onlara yeni həyat verməkdir. Artıq bu quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Qarabağın hər qarışı yenidən dirçəldiləcəkdir.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Hikmət Əliyev