Azərbaycanın Pandemiya ilə mübarizədə rolu

Azərbaycanın Pandemiya ilə mübarizədə rolu

Aprelin 26- da BMT-nin qərərgahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyanın “ Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkşafın təmin olunması “ mövzusuna həsr edilən 77 - ci sessiyası öz işinə başlayıb. Prezident İlham Əliyev çıxış nitqində ölkəmiz üçün vacib məsələlərə toxunub və postmüharibə dövründə Cənubi Qafqazda baş verməkdə olan reallıqlar haqqında sessiya iştirakçılarını məlumatlandırıb.Eyni zamanda Prezident pandemiya ilə mübarizədə Azərbaycanın da rolunu xüsusi qeyd edib. Ağır müharibə aparmasına və pandemiyanın müəyyən təsirlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan nikbin ölkələrin sırasındadır. Buna səbəb dövlətin həyata keçirdiyi operativ tədbirlərin geniş siyahısıdır. Koronavirusla mübarizə üçün yeni xəstəxanaların və laboratoriyaların qurulması, çoxsaylı testlərin keçirilməsi, müalicənin dövlət hesabına aparılması və güzəştsiz karantin tədbirləri, əhalinin operativ məlumatlandırılması müsbət nəticələr vermişdir. Davamlı islahatların həyata keçirilməsi, yüksək texnologiyalara keçid dövrünün elan edilməsi də bizə postmüharibə və postpandemiya dövründə daha nikbin gələcəyə köklənməyə imkan verir. Zəngin ölkələrin əsasən vaksinlə təmin olunması, yəni vaksinləşmənin milliləşdirilməsi dünya əhalisini böyük risk altına atır, halbuki peyvənd məsələlərində yalnız ölkələrarası əməkdaşlıq bəşəriyyəti bu bəladan xilas edə bilər. Prezident İlham Əliyevin dediyi kimi, dünya ölkələri öz eqoizmlərindən əl çəkmədikcə və vaksinasiya prosesində əməkdaşlıq etmədikcə qlobal iqtisadiyyatı bərpa etmək mümkün olmayacaq.

Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir.Əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur. Azərbaycanda vaksinasiya yanvar ayından etibarən başlanıb. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizini təşkil edir. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Bütün bunlar Azərbaycanın beynəlxalq məsuliyyətini qəbul etdiyinin, humanizm və insanpərvərlik prinsiplərini rəhbər tutduğunun bir təzahürüdür. Sessiyada cənab Prezident vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsünün qlobal təhdid yaradan tendensiya olduğunu da xüsusi vurğulamışdır:"vaksin millətçiliyi", vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib".Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə