Güc Birlikdədir!

Azərbaycanda bir çox siyasi partiya fəaliyyət göstərir.Bu partiyalarında hər hansı bəyanata fikir bildirmək hüquqları vardır. ABŞ Prezidenti Co Bayden “erməni soyqırımı” haqqında keçdiyimiz günlərdə bir bəyənat yaydı.Azərbaycanda fəaliyyət göstərən 48 partiya bu bəyanata biganə qalmayaraq öz fikirlərini bildirdilər.Tarixi faktiki saxtakarlıqla qurulmuş erməni dövləti bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onlar və havadarları hər zaman Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədildiyini sübut etməyə çalışmış,bütün dünyanıda buna inandırmağa cəhd göstəriblər.Əslində isə həqiqət tam başqadır.Birinci Dünya müharibəsi zamanı çox ağır gedən döyüşlər,daxili münaqişələr,aclıq və amansız xəstəliklər ucbatından çoxlu sayda erməni həlak olmuşdur.Lakin bu həqiqət bilərəkdən unudulur və gizlədilir ki,dünya onların türklər tərəfindən həlak edildiyinə inansın.Bu iş ancaq tarixi faktlara,bu işdə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına,həmçinin savadlı tarixçilərə həvalə edilməlidir.Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu və həqiqəti üzə çıxarmaq üçün birgə fəaliyyət göstərməyi belə təklif edib.Rəsmi İrəvan isə onlara təzminat ödənilməsini və hətta Türkiyə ərazisinin bir hissəsinin onlara verilməsini istəyir.Ermənistan bu kimi tarixi faktları saxtalaşdırmaq və ekspansiya siyasəti təkcə qardaş Türkiyəyə qarşı deyil,uzun illər ərzində Azərbaycana qarşıda həyata keçirib.Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman qətlə yetirilib.1992-ci ilin fevral 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi.Baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil,bütün bəşəriyyətə qarşı yönəlmiş misli görünməmiş cinayətlərdəndir.Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirirlər.ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər.

Masallı rayon sakini Oksana Məmmədova