Şanlı Qələbəmiz

Azərbaycan möhtəşəm qələbə əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazır. Otuz ilə yaxın müddətdə işğal altında olan tarixi Azərbaycan totpaqların azad edilməsi ilə mövcud status dəyişdirilir,regionda sülh və təhlükəsizliyin bərqərar olunmasında ölkəmizin qüdrətini göstərən və milli maraqlarımızı tam təmin edən yeni strateji mənzərə formalaşır. Car ilin sentyabrın 27 –dən etibarən Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı təxribat törədərək ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan istifadə etməklə intensiv atəşə tutması ermənilərin terrorçu, faşist və işğalçı xislətlərini daha da pisləşməsini ortaya qoymuş oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğalçı erməni silahlı qüvvələrininin döyüş fəallığını azaltmaq məqsədi ilə həyata keçirtdiyi düşməni sülhə məcbur etmə əməliyyatları qısa müddət ərzində möhtəşəm uğurlar əldə olunmasına imkan verdi. Qürur verici haldır ki, məhz Ali Baş Komandanımızın yürütdüyü düzgün siyasət və qətiyyəti sayəsində xalqımız həsrətdə olduğu qələbə sevincini dadmış oldu.Cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır “ şüarı öz təsdiqini tapmış oldu. Bu gün üçrəngli bayrağımızın Şuşada, Füzulidə, Cəbrayılda, Suqovuşanda, Xudafərində və işğaldan azad olunmuş digər yaşayış məntəqələrimizdə dalğalanması hər bir azərbaycanlıda böyük fəxarət hissi yaradıb. Azərbaycan əsgərinin şücaəti sayəsində 27 illik həsrətə son qoyuldu. Tarixi ədalət bərpa olundu. Müharibə başa çatandan sonra nəinki, bölgə hətta dünya belə Azərbaycanın necə bir gücə sahib olduğunu gördü. Bütün bu uğurları ,sevincləri bizə yaşadan Müzəfffər Azərbaycan Ordusuna minnətdarıq. Yaşasın Müstəqil Azərbaycan!

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zenallı Səməd