Şanlı Qələbə Azərbaycan dövlətinin qüdrətidir

Şanlı Qələbə Azərbaycan dövlətinin qüdrətidir

2021-ci il aprel ayının 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub və mərasimdə Prezident İlham Əliyev çıxış edərək xalqımıza qarşı törədilən etnik təmizləmə və soyqırım hadisələrindən danışıaraq, uzun illərdən sonra qazanılan böyük qələbəmizin dünya ölkələri üçün gözlənilməz hal olduğunu qeyd edib. Bildiyimiz kimi 2020-ci ilin payız aylarında Azərbaycan Ordusu 44 gün ərzində düşməni darmadağın edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etmişdir. Bu döyüşlərdə Azərbaycanın cəsur övladları qəhrəmanlıqla döyüşərək əsrin qələbəsini qazanmışlar. Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı. Illər uzunu düşmənin törətdiyi məkrli hadisələr, soyqırım və qətliamlarin qisası cəsur övladlarımız tərəfindən alındı.Torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, ”44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdı. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgər və zabitləri yüksək mənəvi ruh göstərmişdir.Müzəffər Azərbaycan xalqı özünü dünyada təsdiq etdi. Ermənistan isə məğlub edilmiş ölkədir, Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün göstərdi. Bu XXI əsrin müharibəsi idi. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz peşəkarlıq,güc göstərdi və biz istədiyimizə nail olduq, düşmən torpaqlarımızdan qovuldu, silah-sursatlarını qoyaraq qaçdılar.Ermənistanın və onun havadarlarının işğala və Azərbaycan ərazilərinin ələ keçirməyə əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Artıq bu qələbə Xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Masallı rayon Eminli kənd sakini Şəfa Xəlilova fəal gənc