Qazi və Şəhid ailələrinə göstərilən diqqət

Qazi və Şəhid  ailələrinə göstərilən diqqət

Vətənimizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ölkə başçımız İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları onların problemləri ilə yaxından maraqlanır,problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.Cənab Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə “ Yaşat” fondu yaradılmışdır.Fondun yaradılması bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verəcək. Qazi və Şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirilir və ən xırda problemləri belə ciddi nəzarətə götürülür. Cənab Prezident və xanımı ailələrlə söhbət zamanı hər zaman onların yanında olacaqlarını və bütün problemləri ilə maraqlanacaqlarını bildirirlər.

Yerli rayon icra hakimiyyəti orqanlarının da bu məsələdə necə yüksək vətənpərvərlik göstərdiklərini diqqətdən kənar qoymaq olmaz.Masallı rayon sakini olaraq bu məsələdə Masallı rayon İcra Hakimiyyətinin ,Hüquq-mühafizə orqanlarının və digər idarə və müəssisələrin qazi və şəhid ailələrinə olan diqqət və qayğısını yüksək qiymətləndirirəm. Onlar daim bizim diqqət mərkəzimizdə olacaqlar.Biz onları heç vaxt unutmayacaq və unutdurmayacağıq.

Masallı rayon Şərəfə kənd sakini Səməd Zenallı