Tarixi abidələrimizə qarşı erməni vandalizmi

Tarixi abidələrimizə qarşı erməni vandalizmi

Martın 31-də Qazaxıstanın ev sahibliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ermeni vandalizmi haqqında fikir bildirməsi bir daha onu göstərir ki,ermənilərin törədikləri bu vandalizm bütün Türk dünyasına qarşı cinayətdir.

Azərbaycanın yüzlərlə tarixi-dini abidələri erməni vandalizmi nəticəsində məhv edilib.Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində dövlətimizə külli miqdarda ziyan dəymişdir. Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü açıq şəkildə göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidələrimizi məhv ediblər.Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə yeksan edilib, bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir.
Düşmən işğal olunmuş ərazilərdə insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərlə bərabər mədəni irsin dağıdılmasına görə də məsuliyyət daşıyır. Bu əməllər ümumilikdə bəşər mədəniyyətinə qarşı təcavüzdür. Ermənilər işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən özləri ilə apara bilmədikləri hər şeyi yandırıb və məhv ediblər. Müharibənin davam etdiyi günlərdə də təqdim olunan videogörüntülərdən onların bizim tarixi torpaqlarımızda bütün tikililəri tamamilə dağıtdıqlarını görərkən, hər kəs onların vandalizm hərəkətlərini pisləməklə yanaşı, bir daha bu reallığın şahidi oldu ki, 90-cı illərin əvvəllərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyindən, idarəçilik təcrübələrinin yoxluğundan, ordumuzun zəifliyindən bəhrələnərək torpaqlarımızı işğal edən ermənilər elə ilk anlardan bu ərazilərin tarixi sahibinin Azərbaycan olduğunu bildikləri üçün orada tikinti deyil, dağıntı işləri həyata keçiriblər. Ordumuz Füzuli şəhərini işğaldan azad edəndə orada bayrağımızı ucaltmaq üçün bircə salamat bina tapa bilməmişdilər. Bu gün Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu, Ermənistanın işğalçılığı, vandalizmi həyata keçirdiyi siyasətin əsas xəttinə çevirdiyini təsdiqlədi. Düşünürük ki, nəhayət, dünyanın 30 ildən sonra açılan gözləri, eşidən qulaqları ədalət meyarının bundan sonra bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq olunmasına yardımçı olacaq. Quldur, cinayətkar və terrorist bir ölkə – Ermənistan beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq.

Masallı rayon Binə Xocavar kənd sakini Rufullayev Rüfət