"Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını almağının səbəbidir"

"Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını almağının səbəbidir"

"Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını almağının səbəbidir"

Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra dövlətçiliyimizə çox qəsdlər olub. Hətta bu qəsdlər bir zərərli ənənə kimi bir çox siyasi və hərbi qüvvələrin vərdişinə çevrilmişdi. Məhz Heydər Əliyev qətiyyəti, Heydər Əliyev qüdrəti bu bəd niyyətlətdən əl çəkməyənlərə tarixi bir dərs verdi. Xalqın inamından istifadə edib hakimiyyəti ələ almış Azərbaycan Xalq Cəbhəsinin səriştəsiz, bacarıqsız siyasəti bir tərəfdən ictimaiyyətin dərin etirazına səbəb olmuş, digər tərəfdən bu gün də həll edilməsi çətin olan çoxlu problemlər yaratmışdır. Bunun nəticəsində xaricdən dəstək alan mənfur qüvvələr vaxtaşırı fəallaşmış, siyasi hakimiyyəti qanunsuz yolla ələ almaq iddiasına düşmüşdürlər. Həmin qüvvələrlə üzləşən, ölkəni idarə etməkdə acizlik çəkən və xalqın inamını itirən AXC rəhbərliyi 1993-cü ilin iyununda hakimiyyətdən getməli oldu. Dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qalmış Azərbyacan xalqı zəngin dövlət rəhbərliyi təcrübəsinə və siyasi nüfuza malik olan Heydər Əlirza oğlu Əliyevi özünə rəhbər tələb etdi. Heydər Əliyev xalqın təkidi ilə respublikada yaranmış son dərəcə gərgin vəziyyətin normallaşdırılması və sabitləşdirilməsi üçün sağlam qüvvələrin köməyi ilə qardaş qırğınının, Azərbaycan dövlətinin parçalanmasının qarşısını aldı, milli birliyə aparan siyasət xəttini həyata keçirməyə başladı, demokratik yolla Azərbaycan Respublikasının dövlət başçısı-Prezidenti seçildi. Azərbaycan Respublikası Prezidenti martın 15-də Televiziya və radio ilə çıxışında Rövşən Cavadovu, onun dəstəsini daxildən və xaricdən ona havadarlıq edən güc verən onu istiqamətləndirən bu işlərə sövq etdirən qüvvələri Azərbaycanı dağıtmaqdan, qan tökməkdən çəkinməyə çağırmış, Azərbaycan dövlətçiliyini qorumağın vacibliyi barədə müraciət etmiş, ictimaiyyətin təsirindən istifadə etməyə çalışmış, XTPD-nin əmrə tabe olmayan üzvlərinin çirkin əməllərdən əl çəkəcəkləri, silahı təhvil verəcəkləri təqdirdə əfv olunacağına işlə təmin ediləcəyinə, onlara qayğı göstəriləcəyinə təminat vermiş və bunları martın 16-da verdiyi fərmanla təsdiqləmişdir. Martın 16-da keçmiş XTPD-nin komandiri Şahmuradovu və onun müavini Cəfərovu qəbul etmiş, bir daha silahı yerə qoymağını, cinayət yolundan qayıtmağın vacibliyini onlara izah etmişdir. Lakin bütün mümkün vasitələrdən istifadə edilməsi müsbət nəticə verməmişdir. Ümummilli Lider Heydər Əliyevin nüfuzu, həmçinin Azərbaycan xalqının Ulu Öndərə, qanuni hakimiyyətə birmənalı dəstəyi sayəsində silahlı qiyamın qarşısı alındı. Ümummilli Liderin çağırışı ilə öz dövlətinin, seçdiyi hakimiyyətin müdafiəsinə qalxan xalqımız birmənalı şəkildə Ulu Öndərin yanında olduğunu bir daha nümayiş etdirdi. Bu hadisələr müstəqillik yolunda ilk kövrək addımlarını atan bir dövlətin tarixində iz qoydu. 1994 və 1995-ci ilin hadisələrinin qarşısı qətiyyətlə alındıqdan sonra xalqa bir daha bəyan oldu ki, Ümummilli Lider Heydər Əliyev kimi bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də Azərbaycanı xilas edib. Bundan sonra Azərbaycanın müstəqilliyi daim və əbədi oldu.

“Böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər”.

Masallı rayon Eminli kənd sakini Xəlilova Şəfa fəal gənc