Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.

Füzuli və Xocavənd sakinlərinin yurd həsrətinə 30 ilə yaxın zamandan sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyulub.

Müzəffər Ali Baş Komandanın səfər zamanı çıxışında bir daha bəyan etdiyi kimi, biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq.
Və azad edilmiş torpaqlarda bu gün artıq böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Cənab Prezident İlham Əliyev səfər zamanı yenə yaddaşlara həkk olunan çıxışında demişdir:
“Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb”.

Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi, ölkə Prezidenti Hadrut qəsəbəsində milli bayrağımızı qaldırmışdır və bu bayraq burada əbədi dalğalanacaq.

Müstəqilliyimiz möhkəmləndikcə də ölkəmizin, dövlətimizin beynəlxalq aləmdə nüfuzu durmadan artır.

Ümummilli lider Heydər Əliyevin zəngin irsi müasir cəmiyyətimizin, müstəqilliyimizin ən inamlı ideya mənbəyidir. Müdrik rəhbərin böyük əziyyətlər bahasına qurub-yaratdığı müstəqil Azərbaycan bu gün Ulu Öndərin siyasi irsinin layiqli davamçısı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdirilir. Sabahlara doğru inamlı addımlar atılır. Bu gün ölkəmizin üçrəngli bayrağı dünyanın ən nüfuzlu ölkələrinin bayraqları ilə bir sırada dalğalanır. Müstəqilliyi gündən-günə möhkəmlənən bir ölkənin vətəndaşı olmaqdan hamımız qürur duyuruq. Fəxr edirik ki, belə güclü və qüdrətli dövlətimiz var.

Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizdən həmişə böyük inamla danışaraq deyirdi: "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir". Müstəqilliyimizin əbədi, daimi və dönməz olması üçün isə, təbiidir ki, ölkəmizin hər bir vətəndaşı səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməlidir.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vəkilzadə Gülcahan