Azərbaycanın Milli Qəhrəmanı

Azərbaycanın Milli Qəhrəmanı

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.

2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin mövqeyinə hücum edib. O, döyüşdə çox sayda düşmən əsgər və zabitini məhv edib.

Düşmənlə 5 saat təkbətək döyüşən Mübariz İbrahimov, həmin gecə - 18 iyun tarixində səhər saatlarındakı döyüşdə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.