Masallı RİH başçısının təbriki

Masallı RİH başçısının təbriki

Masallı rayon İcra hakimiyyəti başçısının tibb işçilərinə təbriki

17 iyun 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov rayonun səhiyyə işçilərini “17 iyun tibb işçilərinin peşə bayramı” münasibətilə təbrik etmişdir.

Ölkəmizin koronavirus (COVİD-19) pandemiyası dövründə səhiyyə işçilərinin insanların həyatı uğrunda öz həyatlarını təhlükəyə ataraq bütün gücünü sərf etdiyini qeyd edən rayon rəhbəri ölkəmizin o cümlədən rayonumuzun bu bəladan qurtulması yolunda fədakarlıq edən səhiyyə işçilərini təbrik etdi onlara möhkəm can sağlığı çətin və şərəfli peşələrində uğurlar arzuladı.
Rayon rəhbəri əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsində fərqləndiklərinə görə bir qrup tibb işçisini, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin həkimi Yusif Mürsəlov, tibb bacısı Leyla Məmmədova, Masallı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Muxtarov, dezinfektorları Rövşən Bayramov və Ziya Səmədov, Masallı Rayon Dezinfeksiya Stansiyasının direktoru İxtiyar Muxtarov, habelə dezinfektoru Şəfəq Babayeva və sanitar sürücüsü Elvin Abdullayevi Masallı rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif etmişdir.
Beləki Masallı rayon İcra hakimiyyətinin təşəbbüsü ilə çoxmərtəbəli binalarda yaşayan Masallı sakinləri saat 19:00-da eyvanlara çıxaraq tibb işçilərini peşə bayramı münasibəti ilə alqışlayaraq təbrik etmişlər.