" Virtual əlaçı "

Masallı məktəblisi “Virtual əlaçı” bilik yarışmasının qalibi oldu
2020-06-02
Masallı rayonunun Xanalion kənd ümumi orta məktəbinin V sinif şagirdi Qədirova Bahar Elsevər qızı (VI həftənin nəticələrinə əsasən) Təhsil Nazirliyinin keçirdiyi “Virtual əlaçı” bilik yarışmasının qalibi olub.

Qeyd edək ki, aprelin 15-dən "Virtual məktəb" portalında “Virtual əlaçı” bilik yarışmasına start verilib. Hər həftə təşkil olunan yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.
“Virtual əlaçı” yarışmasında iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olur və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan edilir.
Masallı məktəblilərinin müsabiqələrdə fəal iştirakı davam edir. Digər şagirdlərin də bu kimi layihələrdən daha səmərəli istifadəsi təqdirəlayiqdir.