Yaxın mədəniyyət müəssisələri

Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq muzeyi

Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildən rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlamışdır. Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş etdirilmişdir. Muzey 15 il ictimai əsaslarla heç bir dövlət vəsaiti sərf edilmədən fəaliyyət göstərmiş,eksponatlara isə heç bir dövlət vəsaiti sərf olunmadan əldə edilmişdir.

1976-cı ildə Tarix- Diyarşünaslıq muzeyi üçün bina tikilmiş,1977-ci il avqustun 13-də Nazirlər Sovetinin 283 saylı əmrinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 16 sentyabr 1977-ci il 299 nömrəli əmrinə əsasən muzeyə dövlət statusu verilmişdir.

1978-ci ildə Hişkədərə kəndində Masallı rayon tarix-diyarşünaslıq muzeyinin rəsmi açılışı olmuşdur

Muzeyimizin fondunda bölgənin tarixini əks etrirən 7 mindən çox dəyərli eksponat vardır. Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltaraşlıq,tətbiqi incəsənət, arxeoloqiya, numizmatika,etnoqrafiya,fotoşəkillər,sənədlər bölməsindən ibarətdir.

Muzeydə toplanan zəngin material demək olar ki, bütün tarixi mərhələləri dolğun əks etdirir. Tarixin müxtəlif dövrlərinə aid arxeoloji tapıntılar,məişət əşyaları,əmək alətləri,zinət bəzək əşyaları,silahlar,milli geyim nümunələri,tarixi sənədlər,insanların həyat tərzni və məşğuliyyətini, Masallının bu gününü və inkişaf perspektivlərini dolğun və hərtərəfli şəkildə əks etdirirlər. Muzey yarandığı gündən bu günə kimi qonaqların ürək sözləri 18 rəy kitabında cəmlənib.

Masallı Tarix –Diyarşünaslıq muzeyi 2005-çi ilin oktyabırından Muzeyin təşəbbüskarı və yaradıcısı BVM iştirakçısı,” Əməkdar müəllim” Rəhim Kərim oğlu Tağıyevin adını daşıyır.

Hörmətli Prezidentimiz İlham Əliyev Cənabları 2013-il sentyabırında Masallı rayon Tarix-Diyarşünaslıq muzeyin tikilməsi üçün sərəncam vermişdir.

Respublikada muzeylərin yenidən qurulması sahəsində aparılan geniş tədbirlər nəticəsində Masallı Tarix-Diyarşünaslıq muzeyi uçun müasir tələblərə cavab verən yeni bina inşa edildi. Hişkədərə kəndində yerləşən muzeyin eksponatları 2016-cı ilin may ayından rayon mərkəzində tikilən Tarix-Diyarşünaslığın yeni binasına köçürüldü.Muzey üçün tikilmiş yeni binada Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən Toğrul Əfəndiyevin birqadasının başçılığı altında muzeyin təyinatına uyğun olaraq müasir standartlara cavab verən tərtibat işləri aparıldı. Ümumi sahəsi 1861 kvm olan muzeyin ekspozisiya zalı 2 mərtəbəni əhatə edən geniş ekspozisiya zallarından ibarətdir.Binanaın mansar hissəsində Masallı Dövlət Rəsm Qalereyası yerləşir.

2016-ci il 3 sentyabr tarixində Hörmətli Prezidentimiz İlham Əliyev cənabları Masallıya növbəti səfəri zamanı R.Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyin açılışını etdi.

Masallı rayon Uşaq İncəsənət məktəbi

Masallı rayon Uşaq İncəsənət məktəbi 1964-ci ildən musiqi məktəbi, 1989-cu-ildən

Uşaq İncəsənət məktəbi kimi fəaliyyət göstərirdi. Məktəb 1- mərtəbəli

uyğunlaşdırılmış binada yerləşirdi. 03 sentyabr 2016-cı il tarixində prezident İlham

Əliyev cənabları yeni tikilmiş uşaq İncəsənət məktəbinin binasının açılışını

etmişdir. 10 oktyabr 2016-cı il tarixdən isə məktəb XI illik İncəsənət məktəbi kimi fəaliyyət

göstərir. Məktəbin 41 sinif otağı ,140 nəfərlik zalı var. Məktəb musiqi alətləru və

texniki avadanlıqla təchiz edilmişdir. Məktəbdə 77 müəllim işləyir ki, onlardan 3 nəfəri

ali ixtisas, 74 nəfəri isə orta ixtisas təhsillidir. Məktəbdə 295 şagird fortepiano, tar,

kamança balaban, qarmon, səs-muğam, rəssamlıq, xoreoqrafiya ixtisasları üzrə təhsil alır

Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Masallı rayon Mərkəzi kitabxanası Muzdurlar komitəsinin qərarı ilə 1924-cü ildə Masallı şəhərində yaradılmışdır.
Muzdurlar komitəsinin üzvlərindən Abı Mirzəyev ,Qulamhüseyn Məmmədov.Həsənəğa Kərimovun təşəbbüsü ilə ayrı-ayrı adamlardan toplanmış 250 nüsxə kitabı olan kitabxana kiçik bir otaqda yerləşdirilmişdi.1978-ci ildə rayon kitabxanaları Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.Masallı rayon MKS-nin tərkibində 1 mərkəzi ,1 uşaq,3 şəhər və 49 kənd kitabxana filialları fəaliyyət göstərir.
Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir:
1.Xidmət şöbəsi
2.Metodika və biblioqrafiya şöbəsi
3.Komplektləşdirmə şöbəsi
4.Uşaq şöbəsi
5.Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
6.İnformasiya –Resurs şöbəsi
MKS “Mədəniyyət haqqında”,”Kitabxana işi haqqında” qanunları,”Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında əsasnamə”ni,Respublika Prezidentinin kitabxana işi ilə bağlı bütün qərar və sərəncamlarını,digər direktiv sənədləri rəhbər tutaraq fealəyyət göstərir.
Masallı rayon MKS-yə üzv yazılma qaydası.Masallı rayon MKS-nin tabeliyində olan bütün kitabxanalara hər bir vətəndaş üzv yazıla bilər.Bu zaman hər kəs şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.Oxucuya anket yazılır,ona kitabxanadan istifadə qaydaları izah edilir,kitabın qorunmasının zəruriliyi izah olunur. Şəhərin məktəbli oxucuları oxuduqları məktəbdən arayış təqdim edirlər.Bu ona görə edilir ki,oxucu ilə bağlı məktəblə əlaqə saxlamaq mümkün olsun.Masallı rayon MKS-nin kitab fondundan istifadə qaydaları.Kitab oxucuya 15 gün müddətinə verilir.Bu vaxt ərzində oxucu həmin kitabı oxuya bilməyibsə,oxucunun xahişi ilə müddət yenidən uzadılır və anketdə müfaviq qeydlər aparılır.Kitab vaxtında qaytarılmadıqda oxucu ilə telefon əlaqəsi yaradılır və ona xəbərdarlıq edilir,nəticə vermədikdə oxucunun ünvanına rəsmi məktub göndərilir.Kitab itirildikdə,imkan daxilində oxucudan həmin adda kitab alınıb kitabxanaya verilməsi tələb olunur.Bu mümkün olmadıqda qanuna müvafiq tədbir görülür.
Masallı rayon MKS-nin iş vaxtı haqqında məlumat
Mərkəzi kitabxananın iş vaxtı səhər saat 10:00-dan axşam saat 18:00-dəkdir.Kitabxana fasiləsiz işləyir.İstirahət günlərindən kitabxanaçılar növbəlilik əsasında,əvəzçiliklə istifadə edirlər.Kənd kitabxana filialları iş vaxtını yerli şəraitə uyğun qururlar.İş günü 7 saat olmaqla kənd kitabxanaçıları bir istirahət günündən istifadə edirlər.