Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədi ilə 7 oktyabr 2008-ci ildə yaradılmış Heydər Əliyev Muzeyi 2012-ci ildə Heydər Əliyev Mərkəzi statusu almış, 4 sentyabr 2013-cü il tarixində əsaslı surətdə yenidən qurularaq cənab Prezident İlham Əliyevin Masallı rayonuna səfəri zamanı istifadəyə verilmişdir.

Masallı rayon Heydər Əliyev Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən Ekspozisiya-sərgi zalında mövcud olan 10 fotostend, 2 sənəd vitrini və 1 büstdən ibarətdir. Mərkəzdə yerləşən Fondda 322 eksponat mövcuddur.Fondun tərkibi kitab,foto və sənədlərdən ibarətdir.

Mərkəzin birinci mərtəbəsində Ümummilli Liderin keçdiyi həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən Ekspozisiya zalında nümayiş olunan stendlərdə Ulu Öndərin uşaqlıq, yeniyetməlik və gənclik illəri, 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövrlər, Prezidentlik dövrü, Masallı rayonuna səfərləri haqqında fotolar və müxtəlif dövrləri əhatə edən sənədlər yer almışdır.