Kitabxana

" Kitabxanalar xalqın milli sərvətidir ". Ulu Öndər Heydər Əliyevin bu sözləri xalqın tarixi yaddaşını yaşadan mədəni intihablarda,dünyagörüşündə əvəzsiz rol oynayan kitab və bu dəyəri əsrlərdən-əsrlərə daşıyan mədəniyyət ocaqlarına-kitabxanalara verilən ən yüksək qiymətdir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni,ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən- nəsilə çatdırılmasında və cəmiyyətimizi intelektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən MKS-in 32 saylı filial kitabxana Fondunda 2382 ədəd kitab qorunub saxlanılır.Kitabxanada Heydər Əliyev irsi və azərbaycançılıq ideyası yüksək təbliğ olunur.Böyüməkdə olan nəslin mütaliəyə marağının artırılması sahəsində Kitabxanamızda "Kitabla dünyanı fəth et" ,"Kitabla dost ol", " Ən fəal oxucu ol " adlı tədbirlər keçirilir.