"Müasir Azərbaycan dövlətinin memarı"

"Müasir Azərbaycan dövlətinin memarı"

5 may 2020-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbin müəllim və şagird kollektivi ilə birgə "Müasir Azərbaycan dövlətinin memarı"
mövzusunda növbəti onlayn seminar keçirildi.İlk öncə şagirdlərə Ulu öndər Heydər Əliyevin zəngin irsi haqqında geniş məlumat verildi. Bildirildi ki, Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.Əsrlər boyu yaşayacaq möhtəşəm abidədir.Sonra şagirdlər Ulu öndər Heydər Əliyevə həsr etdikləri şeirləri böyük sevinclə səsləndirdilər.