" Heydər Əliyev və Masallı " Tarix dərsi

" Heydər Əliyev və Masallı " Tarix dərsi

9 oktyabr 2019- cu il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində " Heydər Əliyev və Masallı " mövzusunda Şəhər 3 saylı məktəbin 8 - ci sinif şagirdlərinin iştirakı ilə Tarix dərsi keçirilmişdir. İlk öncə Mərkəzin direktoru Dilbər İbayeva şagirdlərə Ulu Öndər Heydər Əliyevin Masallı rayonuna səfərləri haqqında geniş məlumat verərək bildirdi ki,Ulu Öndər Heydər Əliyevin Masallı rayonuna tarixi səfərləri 1980 -cı il və 05 oktyabr 1998-ci illərdə olmuşdur. Regionlara səfəri çərçivəsində Ulu Öndər Heydər Əliyev ictimaiyyətlə görüşmüş, onlara qayğısını bildirməklə yanaşı, tövsiyə və tapşırıqlarını vermişdir.1980- cı ilin Payızında Masallının tarixində günlərdən biri yaşanırdı.Çünki, həmin gün Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Masallı torpağına gəlmişdi. Hamı Heydər Əliyevi böyük sevinclə qarşıladı. Ona rayonun bütün sahələri - tərəvəzçilik, üzümçülük, heyvandarlıq, çayçılıq üzrə il ərzində rayonun göstəriciləri barədə geniş və məzmunlu məlumatlar verildi. Ulu Öndər Heydər Əliyevi gül-çiçək dəstələri ilə qarşılayan, rayon haqqında geniş məlumat verən Şərəfə kənd orta məktəbin Tarix müəllimi ( o zaman rayonun qabaqcıl tərəvəzçisi və Azərbaycan SSRİ Ali Sovetinin deputatı Sərmayə Musayeva xatirələrini belə izah etdi: Çox həyəcanlı idim, amma Ulu Öndərin sadəliyi və səmimiyyəti həyəcanıma son qoydu. O dövrün bütün gəncləri kimi mənim də həyatımda bu görüşün çox böyük rolu olmuşdur. Ulu Öndərlə görüşüm və onun tövsiyələri həyatımda dönüş, özümə inam yaratdı.

Ümummilli Lider Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın bütün regionları ilə yanaşı Masallı rayonunun inkişafına böyük diqqət və qayğı göstərmiş və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev Masallı vətəndaşlarının vətənə olan sevgisini,zəhmətə bağlılığını görərək Masallı haqqında demişdir: Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır. Ulu Öndər Heydər Əliyevin Respublikaya rəhbərliyi dövründə Masallı rayonunda kənd təsərrüfatının inkişafı şaxələnmiş və geniş vüsət almışdır. Ulu Öndər Heydər Əliyevin diqqəti sayəsində Masallı rayonunda çay plantasiyaları salınmasının əsası qoyulmuşdur. Masallının tərəvəzçilik, əkinçilik və heyvandarlıq rayonu olduğunu nəzərə alaraq suya olan tələbatı ödəmək üçün Viləşçay Su Dəryaçasının tikintisi həyata keçirilmiş və istismara verilmişdir. Masallı şəhərində vətəndaşların mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Masallı Panel zavodunun tikintisinin həyata keçirilməsi reallaşmış və hündür mərtəbəli binaların tikilməsi sürətlə həyata keçirilmişdir. Vətəndaşlara elektrik enerjisinin fasiləsiz təmin edilməsi məqsədi ilə 1982-ci ildə Masallıda Elektrik yarımstansiyası tikilib istifadəyə verilmişdir. Sonda şagirdlərlə mövzu ətrafında diskusiya aparıldı.