"44 Günlük Vətən müharibəsi"nə həsr olunan sərgi

"44 Günlük Vətən müharibəsi"nə həsr olunan sərgi

01-10 noyabr tarixlərində Masallı rayon Heydər Əliyev Mərkəzində 44 Günlük Vətən müharibəsinə həsr olunan “Zəfər Tariximiz” mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgi keçirilir.

02-04 noyabr tarixləri arasında Masallı rayon ümumtəhsil məktəblərinin şagirdləri karantin qaydalarına riayət olunmaqla növbəti dəfə Masallı rayon Heydər Əliyev Mərkəz binasının ekspozisiya-sərgi zalında 44 Günlük Vətən müharibəsinə həsr olunan “Zəfər Tariximiz” mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgini ziyarət ediblər.