“Zəfər Tariximiz”

“Zəfər Tariximiz”

01-10 noyabr tarixlərində Masallı rayon Heydər Əliyev Mərkəzində 44 Günlük Vətən müharibəsinə həsr olunan “Zəfər Tariximiz” mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgi keçirilir.

02 noyabrda Masallı rayon ümumtəhsil məktəblərinin şagirdləri karantin qaydalarına riayət olunmaqla növbəti dəfə Masallı rayon Heydər Əliyev Mərkəzində 44 Günlük Vətən müharibəsinə həsr olunan “Zəfər Tariximiz” mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgini ziyarət ediblər.

Ziyarət zamanı Mərkəzin bələdçisi Şəfa Xəlilova sərginin təşkilindəki məqsədin ordumuza və xalqımıza mənəvi dəstək olmaqla vətənpərvərlik hisslərini uşaq və yeniyetmələr arasında gücləndirmək olduğunu şagirdlərin diqqətinə çatdırıb.