Masallı Rayon Heydər Əliyev Mərkəzində "Dəmir Yumruq" sənədli filmi nümayiş olunub

Masallı Rayon Heydər Əliyev Mərkəzində "Dəmir Yumruq" sənədli filmi nümayiş olunub

27 aprel tarixində Masallı Rayon Heydər Əliyev Mərkəzində "Dəmir Yumruq" sənədli filmi nümayiş olunub. Karantin rejiminin tələbləri gözlənilməklə mərkəzin tədbir salonunda təşkil edilmiş film nümayişində Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatı, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Masallı rayon nümayəndəliyi və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Filmin nümayişinə başlamazdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, sənədli film Vətən müharibəsində qazanılan Qələbədən, eləcə də döyüşlər zamanı xalqımızın birlik və həmrəylik nümayiş etdirməsindən bəhs edir.