"31 Mart Soyqırım günü"

"31 Mart Soyqırım günü"

30 Mart 2021 ci il tarixində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin və Masallı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "31 Mart Soyqırım günü" mövzusunda onlayn görüş keçirilmişdir.

✅️Tədbiri giriş sözü ilə açan Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov çıxışında qeyd etmişdir ki, bu soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir: “Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

✅Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxışında qeyd edib ki,1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı“Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib. Ümummilli Lider Heydər Əliyev 31 mart -"Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar deyib:"Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq,saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək,ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də,gələcəkdə də davam etdirilməlidir.Bu soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.

✅ Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxışında Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunduğunu vurğuladı.

✅Bədalan kənd tam orta məktəbinin müəllimi Məhbubə Şahbazova çıxışında qeyd edib ki, ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.

Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir.

#31MartSoyqırımGünü