" Xoş xatirələr" videokonfrans

" Xoş xatirələr" videokonfrans

Bərdə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyev irsinin təbliğ edilməsi, Heydər Əliyevin zəngin həyat və fəaliyyətini yetişməkdə olan gənc nəsillərə çatırılması məqsədilə respublikanın şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə “Xoş xatirələr” başlığı altında videokonfrans keçirilib.

Videokonfransda Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, regional idarənin şəhər və rayon üzrə nümayəndələri, respublikanın şəhər və rayon Heydər Əliyev Mərkəzlərinin direktorları, gənc mədəniyyət işçiləri, Heydər Əliyev Mərkəzlərinin könüllüləri və Ulu Öndər Heydər Əliyevi görmüş, onunla bağlı xatirələri olan ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Videokonfransı giriş sözü ilə açan regional idarənin rəisi İlyas Hacıyev əvvəlcə videokonfrans iştirakçılarını salamlayaraq, Ulu Öndərin həyat və fəliyyətindən bəhs edərək bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. O, Azərbaycan tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Daha sonra regional idarənin rəisi Ulu Öndər Heydər Əliyevin Bərdəyə səfərindən və xatirələrindən söz açaraq bildirib ki, Heydər Əliyevin hər sözü, hər çıxışı vətənpərvərlik nümunəsi, millətinə, dövlətinə bağlılıq, sədaqət və rəğbət göstəricisidir. Gənclərimizin də bu ruhda tərbiyə alınmasının önəmini diqqətə çatdırıb.

İlyas Hacıyev vurğulayıb ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində yeni şanlı səhiifələr yazılacaq, daha yüksək zirvələr fəth ediləcək.

Daha sonra Samux, Şəki, Ağdam, Yardımlı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Şamaxı və digər Heydər Əliyev Mərkəzlərinin əməkdaşları və həmin şəhər və rayonlarda yaşayan, Ulu Öndər Heydər Əliyevlə xatirələri olan insanlar çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini bölüşmüş və bu çıxışlar gənclər tərəfindən böyük maraqla qarşılanmışdır.

Onlar bildiriblər ki, belə tədbirlər Heydər Əliyev şəxsiyyətini daha yaxından tanımağa və bu cür tarixi şəxsiyyətimizlə bir daha qürur duymağımıza səbəb olur.