"Heydər Əliyev və Masallı"

"Heydər Əliyev və Masallı"

7 avqust 2020-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 1980-ci ildə Ulu Öndər Heydər Əliyev ilə görüşmüş Şərəfə kənd tam orta məktəbin Tarix müəllimi Sərmayə Musayeva ilə gənclərin onlayn görüşü keçirildi.

İlk öncə Mərkəzin direktoru Dilbər İbayeva Ümummilli lider Heydər Əliyevin Masallı rayonuna səfərləri haqqında məlumat verdi.

1980- cı ilin Payızında Masallının tarixində unudulmaz günlərdən biri yaşanırdı.Çünki, həmin gün Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Masallı torpağına gəlmişdi. Hamı Heydər Əliyevi böyük sevinclə qarşıladı. Ona rayonun bütün sahələri - tərəvəzçilik, üzümçülük, heyvandarlıq, çayçılıq üzrə il ərzində rayonun göstəriciləri barədə geniş və məzmunlu məlumatlar verilmişdir.Daha sonra söz Sərmayə Musayevaya verildi.

Ulu Öndər Heydər Əliyevi gül-çiçək dəstələri ilə qarşılayan, rayon haqqında geniş məlumat verən Şərəfə kənd orta məktəbin Tarix müəllimi ( o zaman rayonun qabaqcıl tərəvəzçisi və Azərbaycan SSRİ Ali Sovetinin deputatı Sərmayə Musayeva xatirələrini belə izah etdi: Çox həyəcanlı idim, amma Ulu Öndərin sadəliyi və səmimiyyəti həyəcanıma son qoydu. O dövrün bütün gəncləri kimi mənim də həyatımda bu görüşün çox böyük rolu olmuşdur. Ulu Öndərlə görüşüm və onun tövsiyələri həyatımda dönüş, özümə inam yaratdı.Daha sonra Sərmayə müəllimə gənclərin suallarını cavablandırdı.