Əsgərə məktub!

Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlığımızı, var gücümüzlə dəstəyə və döyüşə hazır olduğumuzu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Əsgərə məktub "layihəsinə start verilir.

Şərtlər aşağıda kimidir:

1.Layihə 6 avqust-26 avqust tarixlərini əhatə edəcəkdir

2. Yaşından asılı olmayaraq hər bir kəs layihədə iştirak edə bilər

3. Layihədə iştirak etmək istəyənlər yazdıqları məktubları Masallı rayon Heydər Əliyev Mərkəzinin Facebook səhifəsinin( messenger bölməsinə)və ya Masallı rayon Heydər Əliyev Mərkəzinin Instagram səhifəsinin (direct bölməsinə)göndərə bilərlər.