Masallı rayon Heydər Əliyev Mərkəzi

Masallı rayon Heydər Əliyev Mərkəzi

Masallı rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə 7 oktyabr 2008-ci ildə yaradılmışdır.
4 sentyabr 2013-cü il tarixində əsaslı surətdə yenidən qurularaq cənab Prezident İlham Əliyevin Masallı rayonuna səfəri zamanı istifadəyə verilmişdir. Müasir Azərbaycan gəncinin elmi və ictimai-siyasi dünyagörüşünün formalaşması günün vacib məsələsidir. Bu istiqamətdə Heydər Əliyev Mərkəzlərinin müstəsna rolu vardır. Burada həm böyüməkdə olan gənc nəslə, həmdə rayonumuzun qonaqlarına Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilir. Ümummilli Liderə həsr olunan tədbirlərin Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Çünki, onun zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, təşviqi və hərtərəfli inkişaf etdirilməsi Mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.
Mərkəzdə gənclərin maarifləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, biliklərinin artırılması məqsədi ilə bir sıra dərnəklər və kurslar fəaliyyət göstərir.