25-28 may "Açıq qapı günləri"

25-28 may "Açıq qapı günləri"

Ramazan bayramı və Respublika Günü ilə əlaqədar elan olunmuş qeyri-iş günlərində vətəndaşların asudə vaxtının səmərəli təşkil olunması və Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaları məqsədi ilə Masallı rayon Heydər Əliyev Mərkəzində 25-28 may tarixlərində "Açıq qapı" günləri elan olunur.
Fəaliyyətimiz Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcəkdir.